SON XƏBƏRLƏR

Çin Kim Çenə görə həkimlər göndərdi

2021.10.20, 07:36
Çin Kim Çenə görə həkimlər göndərdi

Gunaz.tv

GünAz TV: Çin hökuməti Kim Çen Inın kritik vəziyyəti ilə bağlı yayılan şayiələrin ardından tibbi ekspertlərdən ibarət bir qrup mütəxəssisi Şimali Koreyaya göndərib.

 

Bu barədə “Röyters” 3 mənbəyə istinadən məlumat yayıb.

 

Mənbələrin sözlərinə görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin yüksək səviyyəli nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də KXDR-ə yollanıb. 

 

Agentlik məlumatı Kim Çen Inın sağlamlığı ilə bağlı şayiələrlə bağlayır. Hər iki dövlətin beynəlxalq qurumları bu məlumatı hələ şərh etməyib.

 

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyat nümayəndələrinə istinadən Kim Çen Inın ürək əməliyyatından sonra ağır vəziyyətdə olduğuna dair informasiya yayıb. Daha sonra Cənubi Koreya agentliyi “Yonhap” sözügedən məlumatı təkzib edib. 

Bir neçə gün əvvəl isə “Röyters” ölkə rəhbərinin komada olduğunu elan etmişdi. “Qafqazinfo” 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar