Çin, Rusiya və İranın hakerləri bu il Amerikada keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışırlar.
Gunaz.tv
Bu barədə "Microsoft" şirkəti dünən yaydığı bəyanatda məlumat verib.
Bildirilir ki, həmin hakerlərin fəaliyyətləri onların ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini daha da genişləndirdiklərini göstərir.
Onlar əvvəlki hücumlarda olduğu kimi, hazırda da təkcə namizədlər və onların seçki qərargahlarının işçilərini deyil, müşavirlərini də hədəfə alıblar.
2016-cı ildə ABŞ-ın Demokratlar partiyasının seçki rəqabəti qərargahını hak etmək vəzifəsi tapşırılan Rusiyanın Hərbi Kəşfiyyat qurumu ilə əlaqəli qrup hazırda da bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqəli qərargahlara kiber hücumları başladıb. Qrup, həmçinin seçki qərargahları və namizədlərin müşavirləri də daxil olmaqla, 300-dən çox şəxs və qurumun komputerlərinə müdaxilə etməyə çalışıb.
İranın hakerləri isə may və iyun ayları ərzində Donald Tampın seçki qərargahının rəsmilərinə qarşı uğursuz kiber hücumlar həyata keçiriblər.
ABŞ-ın kiber hücumlar mübarizə üzrə rəsmiləri "CNN"-ə bildiriblər ki, "Microsoft" şirkəti hakerlərin seçki qərargahlarının rəsmilərinin emaillərini ələ keçirmək üçün göstərdikləri fəaliyyəti izləyə bilib. Lakin ABŞ-ın seçkilərlə bağlı ümumi seçki sisteminə qarşı kiber hücum həyata keçirilməsinə dair heç bir dəlil yoxdur.
Digər tərəfdən, sentyabrın 4-də Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çin, Rusiya və İrana bu il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməməklə bağlı xəbərdarlıq edib.
Rəsmi Moskva və Pekin ABŞ seçkilərinə müdaxilə etməklə bağlı bütün faktları təkzib edirlər.
Ə.A