SON XƏBƏRLƏR

Çinin “Kunlun” bankı İranla əməkdaşlığını dayandıracağını bildirib

2021.10.20, 07:36
Çinin “Kunlun” bankı İranla əməkdaşlığını dayandıracağını bildirib

Gunaz.tv

 GünAzTV: Çinin “Kunlun” bankı (Bank of Kunlun) qarşıdan gələn günlərdə İranla əməkdaşlığını dayandıracağını bildirib.

 

“Röyters” agentliyinin oktyabrın 23-də Çin mənbələrinə istinadən yaydığı xəbərə əsasən, Çin Milli Neft Şirkətinin maliyyə sektoru tərəfindən idarə edilən “Kunlun” bankı öz müştərilərinə şifahi şəkildə bildirib ki, o, noyabrın 1-dən etibarən İranla bütün pul köçürmələrini və digər bank əməliyyatlarını tam dayandıracaq.

 

“Kunlun” bankı, İranla əməkdaşlığına son qoymaq barədəki qərarını, Amerikanın İrana qarşı sanksiyaları və Vaşinqtonun İran neftinin satışına qadağalar tətbiq etməyə hazırlaşması ilə əlaqələndirib.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar