SON XƏBƏRLƏR

Güclü qar səbəbindən Ərdəbildə 325 kəndin yolu bağlanıb-VİDEO

2022.01.18, 12:57
Güclü qar səbəbindən Ərdəbildə 325 kəndin yolu bağlanıb-VİDEO

Gunaz.tv

Mediaya açıqlama verən Ərdəbil valisinn abadlıq işləri üzrə müavini Kəmaləddin Mircəfəriyan son 4 gündə xüsusilə əyalətin mərkəzi və cənub bölgələrində yolların çoxunun bağlandığını deyib.

“Bələdiyyə və əlaqədar qurumlar var gücü ilə Ərdəbil şəhərinin əsas yollarının açılmasına çalışırlar”-deyən vali müavininin sözləri ərdəbillilər tərəfindən ironiya ilə qarşılanıb.

Lakin ləng aparılan qartəmizləmə işləri əhalini razı salmır.

"Budur islam dövlətinin gücü"-şəhər küçələrində yolları açmaq üçün göndərilən qar təmizləmə texnikalarının görüntülərini yayan sosial media fəalları istehza ilə belə yazıblar. 

Fəallar bağlanan yüzlərlə yolun açılması üçün bələdiyyə və valilik tərəfindən bir buldozer və iki yük maşınının işə cəlb olunmasını “geniş əməliyyat” başlığı ilə yayaraq əlaqədar qurumların fəaliyyətsizliyini tənqid ediblər. 

C.E  
 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar