İcma sədri: "Ermənilər Hadrutdakı "Ağ xaç" kilsəsini də saxtalaşdırıblar"

04.11.2021, 12:56

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "Ağ xaç" kilsəni ziyarət ediblər.

Gunaz.tv Quote | Gunaz article

İcma nümayəndələri məbəddə dini ayinləri icra ediblər və şamlar yandırıblar.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili jurnalistlərə açıqlamasında kilsədə aparılan erməni saxtakarlıqlarından danışıb: "Bu gün icmamızla Hadrut qəsəbəsindəki kilsələri ziyarətə gəlmişik. Çünki bura da qədim Alban-Udi irsi ilə zəngindir. X-XII əsrlərə aid kilsələr var.

Burada ən böyük kilsə Çinarlı kəndindəki "Ağ xaç" kilsəsidir. Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, alban kilsəsinə aid simvol və elementlər qalıb. 

Biz hər zaman şəhidlərimiz üçün dualar edəcəyik. Çünki buralara onların sayəsində, canları bahasına gələ bilirik. Burada islam dini ilə bağlı mədəni irsin böyük hissəsi silinib, dağılıb. Bir tərəfdən də ermənilər saxtalaşdırıblar. Bu günkü məqsədimiz alban-xristian irsimizi qoruyub gələcək nəsillərə çatdırmaqdır".

"Bu, mənim Hadrutadakı kilsələrə ikinci ziyarətimdir. Buradakı "Ağ xaç", "Müqəddəs Məryəm" və Hünərli kəndindəki kilsələrinin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsi təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var.

Həmçinin erməni qriqorian kilsəsinin simvolları var. Onlar nə qədər saxtalaşdırsalar da, daşların üzərində olan elementlər, izlər qalıb", - o vurğulayıb.

Səfər çərçivəsində növbəti ziyarət "Müqəddəs Məryəm" və Hünərli kəndindəki kilsəyə olacaq.

Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə iki dəfə silkələndi

2021-11-28

gun az article

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

2021-11-28

gun az article

Ceyhun Bayramov iranlı həmkarı ilə Soçi görüşünü, Qarabağ bəyanatını müzakirə edib

2021-11-28

gun az article

“Ərdoğanı dayandıra bilməyəcəklər, Türkiyə postsovet məkanına yayılacaq” - Tanınmış ekspert

2021-11-27

gun az article

“Net Blocks” saytı İranın bir sıra əyalətlərində internetin məhdudlaşdırıldığını təsdiqləyib

2021-11-27

gun az article

İranda daha bir ağır yol qəzası: Qəzada 5 Əfqanıstan vətəndaşı həlak olub, 18-i yaralanıb

2021-11-27

gun az article

İranlı sözçü: “MAQATE müfəttişlərinin Kərəcdəki TESA nüvə mərkəzinə baxış keçirməsinə icazə verilməyəcək”

2021-11-27

gun az article

Rusiyalı ekspert: “Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq”

2021-11-27

gun az article

Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

2021-11-27

gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26