SON XƏBƏRLƏR

CNN: “Hindistan İrandan neft idxalatını tamamilə dayandırıb”

2021.10.20, 07:36
CNN: “Hindistan İrandan neft idxalatını tamamilə dayandırıb”

Gunaz.tv

GünazTV: “Hindistan İrandan neft idxalatını tamamilə dayandırıb”. Bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyinin rəsmisi iyunun 27-də CNN telekanalına açıqlamasında məlumat verib.

 

O bildirib ki, Hindistan hökuməti Amerikanın İran neftinin satışına qoyduğu qadağa riayət edərək bu addımı atıb: “Hazırda İran İslam Respublikasının verdiyi nefti digər ölkələr təmin edir və bu baxımdan hər hansı bir problem yoxdur” –deyə Hindistanın Neft və Təbii Qaz Nazirliyinin rəsmisi əlavə edib.

 

“Röyters” agentliyi isə dünyanın neft daşıyan şirkətlərinin rəsmilərinə istinadən yaydığı məlumatda bildirib ki, Amerikanın İran neftinin satışına qoyduğu sanksiyalar nəticəsində, hazırda İranın gündəlik neft ixracatının həcmi kəskin azalaraq, 240 min barelə qədər aşağı düşüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar