ABŞ prezidenti seçilmiş Co Bayden dekabrın 2-də “Nyu- York Times” qəzetinə verdiyi müsahibəsində hökumətinin İranın nüvə proqramı ilə bağlı aparacağı siyasətindən və Tehranla imzalanmış nüvə sazişindən (“Bərcam”dan) danışıb.
Gunaz.tv
Bayden deyib ki, onun hökuməti yalnız İranın nüvə və raket proqramına məhdudiyyətlər qoyan bir razılaşmanı dəstəkləyəcək: “Biz İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik. Daha doğrusu Amerika Birləşmiş Ştatları Orta Şərq regionunda nüvə silahlarının yayılmasına imkan verməyəcək.
Hesab edirəm ki, Qərblə İran arasında əldə edilmiş nüvə sazişinə düzəlişlər edilməlidir. Biz isə İraxna qarşı tətbiq edilmiş sanksiyaların ləğvini dəstəkləməyəcəyik. Güman edirəm ki, İran imzalanmış saziş əsasında üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, ona sadiq qalmalıdır.
Əgər İran nüvə silahına yiyələnsə, regionda Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və başqaları təzyiqə məruz qalacaqlar və belə olduqda onlar da öz nüvə silahlarını əldə etməyə çalışacaqlar.
Biz, İrana qarşı tətbiq edilən nüvə məhdudiyyətlərin vaxtının uzadılması və İranın raket proqramına baxılması məqsədilə müttəfiqlərimiz və tərəfdaşlarımızla danışıqlar və fikir mübadiləsi aparacağıq. Amerika Birləşmiş Ştatlarının İran qarşısında bir seçimi də var. O da budur ki, lazım bildiyi təqdirdə İrana qarşı əvvəlki sanksiyaları yenidən bərpa edəcək. İran isə bunu yaxşı bilir” –deyə, Amerika prezidenti seçilmiş Co Bayden bəyan edib.
A.M