SON XƏBƏRLƏR

Con Bolton: "Amerika Venesuela hökumətini gəlir mənbələrindən məhrum etmək niyyətindədir"

2021.10.20, 07:36
Con Bolton: "Amerika Venesuela hökumətini gəlir mənbələrindən məhrum etmək niyyətindədir"

Gunaz.tv

GünAz TV: "Maduronun qeyri-qanuni rejimini gəlir mənbələrindən məhrum etmək üçün bütün yolları axtarmağa davam edirik".

 

Bu fikirləri Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton "Twitter" səhifəsində yazıb.

 

O həmçinin ABŞ-ın müvəqqəti prezident Xuan Quaydonu və Venesuela xalqını lazımi resurslar və dəstəklə təmin etməyə çalışdığını bildirib.

 

Daha əvvəl Venesuela Milli Assambleyasının sədri, özünü ölkənin müvəqqəti prezidenti elan edən Xuan Quaydo hökumət hesablarının müxalifətin nəzarəti altına keçirilməsinə tapşırıq verib.

 

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Venesuela hökumətinə, ölkənin Mərkəzi Bankına və PDVSA dövlət neft-qaz şirkətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair sərəncam imzalayıb. "Report"

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar