SON XƏBƏRLƏR

Con Bolton İlham Əliyevlə görüşündən danışdı: “Biz regional məsələləri müzakirə etdik”

2021.10.20, 07:36
Con Bolton İlham Əliyevlə görüşündən danışdı: “Biz regional məsələləri müzakirə etdik”

Gunaz.tv

GünAz TV: “Bu mənim Azərbaycana ilk səfərimdir. Bu, həmçinin Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin ölkəniz müstəqillik əldə etdikdən sonra bu səviyyədə baş tutan ilk səfərdir. Biz xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan Prezidenti İlham Əliyevlə regional məsələləri, Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda İrana dair məsələləri müzakirə etdik. Müzakirələr zamanı İranı nüvə silahı üzrə fəaliyyətdən çəkindirilməsinə dair tədbirlərə də toxunduq”.

 

Modern.az xəbər verir ki, bunu oktyabrın 24-də Bakıda səfərdə olan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib.

 

O bildirib ki, Bakıdakı görüşlərdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinə xüsusi yer verilib.

 

Boltonun sözlərinə görə, müzakirələr zamanı Cənub Qaz Dəhlizi layihəsinə önəm verilib.

 

“Azərbaycan Avropaya enerjinin alternativ yollarla çatdırılması və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Biz regional məsələləri müzakirə etmişik”.

 

Con Bolton Qarabağ münaqişəsindən də söz açıb:

“Qarabağ münaqişəsinin dinc yolla həll olunması ilə bağlı məsələlərə Azərbaycan prezidenti ilə görüşlərdə toxunmuşam. Biz başa düşürük ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistanda sülhün bərqərar olması baxımından önəmlidir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir.

 

Biz münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirəcəyik. Sabah mən Ermənistana səfər edəcəyəm və orada münaqişənin həlli ilə bağlı müzakirələr aparacağam. Ermənistan tərəfinin də Dağlıq Qarabağ münaqişənin həllinə dair perspektivlərini öyrənəcəyəm”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar