SON XƏBƏRLƏR

Con Bolton: “İran rejimi 40 illik terror hakimiyyətinə son qoymalıdır”

2021.10.20, 07:36
Con Bolton: “İran rejimi 40 illik terror hakimiyyətinə son qoymalıdır”

Gunaz.tv

GünazTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton iyunun 7-də “Tvitter” səhifəsində yaydığı bir statusda rəsmi Tehranın beynəlxalq terrorizmə dəstəyindən və sanksiyalar nəticəsində İran iqtisadiyyatının bərbad vəziyyətinə düşməsindən danışıb.

 

Boltonun yeni bəyanatı, ABŞ Maliyyə Nazirliyinin “Sepah” terror qruplaşmasına maliyyə dəstəyi verən İranın neft-kimiya sənayesinə və ona tabe olan 33 şirkətə sanksiya tətbiq etməsi ilə eyni günə təsadüf edib.

 

Bolton bildirib ki, rəsmi Tehranın terrorizmə dəstəyini davam etdirməsi, İranın iqtisadi durumunun daha da pisləşməsinə gətirib çıxaracaq: “İran terrora təşəbbüs göstərərək, öz pulunu terrorizmin maliyyə mənbələrini təmin etməyə sərf edir. Bu isə İran iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyub və bu vəziyyət daha da pisləşəcək. Amerika prezidenti İrana fürsət verib ki, özü üçün daha yaxşı bir gələcək haqda düşünsün. Lakin bunun üçün İran rejimi ilk addımda, 40 illik terror hakimiyyətinə son qoymalıdır” –deyə Con Bolton vurğulayıb.

 

Xatırladaq ki, Vaşinqtonun İrana qarşı sanksiyalarının genişləndirilməsinin ardınca, Amerika prezidenti Donald Tramp dəfələrlə İran rəhbərləri ilə yenidən danışıqlar aparmaq istədiyini bildirsə də, rəsmi Tehran onun bu təklifini rədd edib.

 

Trampın isə öz açıqlamalarında İran rejimini devirmək niyyətində olmadığını, sadəcə olaraq, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq istədiyini bildirməsinə cavab olaraq, İran prezidenti Həsən Ruhani deyib ki, Tehranla Vaşinqton arasında yeni müzakirələrin aparılmasından əvvəl, Amerika ilk addımda İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli, yenidən nüvə sazişinə (“Bərcam”a) qayıtmalıdır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar