GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
Neapol sahillərində Türkiyə gəmisinə hücum edilib
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
Rus ordusu Odessaya hücum edib: ölən və yaralananlar var
Xersonda yüzlərlə insan itkin düşüb
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton avqustun 6-da “Fox News” telekanalına müsahibəsində ölkəsinin İrana qarşı tətbiqinə başladığı sanksiyalardan və Tehranın nüvə və ballistik raketlər proqramından danışıb.
Bolton deyib ki, İran Amerikanın ona qarşı tətbiq etdiyi sanksiyaların qarşısını almaq üçün nüvə və ballistik raketlər proqramını dayandırmalı, ABŞ prezidenti ilə danışıqlar masası arxasında oturmalıdır: “Əgər İran ABŞ-ın sanksiyalarından xilas olmaq istəyirsə, Trampın təklifini qəbul etməli, Amerika ilə danışıqlara başlamalıdır. Bir sözlə, İran ayətullahları təzyiq altından çıxmaq istəyirlərsə, gəlib danışıqlar masası arxasında oturmalıdırlar.
Bundan başqa, iranlılar müzakirələrin aparılması üçün nüvə və ballistik raketlər proqramını tamamilə bir kənara qoymalı, beynəlxalq terrorizmə dəstəyi dayandırmalı və regionda apardıqları hərbi fəaliyyətlərinə son qoymalıdırlar. Biz, İranda hakimiyyəti dəyişmək fikrində deyilik. Sadəcə olaraq, ona misli görünməmiş elə bir təzyiq göstərmək istəyirik ki, bölgədə rəftarını və siyasi kursunu dəyişmək məcburiyyətində qalsın. Lakin onlar, hələ ki, buna hazır olub-olmadıqları üçün konkret bir mövqe sərgiləməyiblər”.
ABŞ prezidenti Donald Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran məsələsindən danışıb.
Tramp, jurnalistlərdən birinin ona verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını cavablandıraraq deyib ki, o, İran tərəfinin buna hazır olduğunu güman etmir: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Onlar istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun”.
Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.
A.M
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır