SON XƏBƏRLƏR

Con Bolton: “İrana qarşı tətbiq etdiyimiz sanksiyalardan dostlarımızın ziyan görməsini istəmirik”

2021.10.20, 07:36
Con Bolton: “İrana qarşı tətbiq etdiyimiz sanksiyalardan dostlarımızın ziyan görməsini istəmirik”

Gunaz.tv

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 31-də jurnalistlərə açıqlamasında vaşinqtonun İrana qarşı sanksiyalarından və Amerikanın regiondakı müttəfiqlərindən danışıb.

 

Bolton bildirib ki, Tramp hökuməti Vaşinqtonun regional müttəfiqlərinin sanksiyalardan ziyan görməməsi üçün müəyyən tədbirlər görməyi nəzərə alıb: “Biz İrana qarşı maksimum iqtisadi təzyiqlər göstərmək istəyirik. Lakin buna baxmayaraq, Tehrana qarşı tətbiq etdiyimiz sanksiyalardan bölgədəki dostlarımızın da ziyan görməsini istəmirik.

 

Tramp hökuməti bilir ki, bəzi ölkələr coğrafi baxımdan İrana çox yaxın ölkələrdir və ola bilsin ki, onlar İrandan neft idxalını tam şəkildə dayandıra bilməyəcəklər. Məhz buna görə də, Vaşinqton bu ölkələrin ziyana məruz qalmaması üçün müəyyən tədbirlər və çözüm yolları nəzərə alıb”.

 

 Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar