SON XƏBƏRLƏR

Con Bolton: “İranın qatil rejimi rəftarını dəyişməsə, bunun ciddi nəticələri ilə üz-üzə qalacaq”

2021.10.20, 07:36
Con Bolton: “İranın qatil rejimi rəftarını dəyişməsə, bunun ciddi nəticələri ilə üz-üzə qalacaq”

Gunaz.tv

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton sentyabrın 25-də Nyu-Yorka keçirilən “İrana qarşı birlik” qrupunun (UANİ) illik toplantısında çıxış edərək İran rəhbərlərinə qarşı sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında İran İslam Respublikasını Amerikaya və onun müttəfiqlərinə qarşı daimi bir təhdid sayan Con Bolton deyib ki, əgər İran öz rəftarını dəyişməsə, Vaşinqtonun daha ağır təzyiqləri ilə qarşılaşacaq: “Rəsmi Tehranın və onu təşviq edənlərin toxunulmazlıq günləri artıq başa çatıb. İranın qatil rejimi və onun himayədarları bilməlidirlər ki, əgər öz rəftarlarını dəyişməsələr, bunun çox ciddi və ağır nəticə və fəsadları ilə üz-üzə qalacaqlar. Mənim İrana və onun rəhbərlərinə mesajım çox açıq və şəffafdır. Mən üzümü onlara tutub deyirəm ki, biz sizi diqqət mərkəzində saxlayırıq və rəftarınızı dəyişməsəniz, mütləq sorağınıza gələcəyik.

 

İran rejimi və onun tərəfdarları “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirir, bununla fəxr edirlər. Biz isə onların sözünü və şüarını ciddi qəbul etməliyik. Çünki İran ayətullahları sülh üçün gəlməyiblər.

 

Tehranda oturan mollaların dediyinə görə guya biz böyük Şeytanıq. Elə buna görə də, təsəvvür edirəm ki, onlar məni və sözlərimi ciddi qəbul edəcəklər. Mən üzümü onlara tutub deyirəm: -Əgər bizə, müttəfiqlərimizə və ya tərəfdaşlarımıza qarşı hər hansı bir addım atsanız və əgər vətəndaşlarımıza ziyan yetirib, yalan danışmağı, aldatmağı və saxtakarlığı davam etdirsəniz, bilin ki, bunun bədəlini ödəməli olacaqsınız.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar