SON XƏBƏRLƏR

Con Bolton: “İranla imzalanmış nüvə sazişi islah olunası deyil”

2021.10.20, 07:36
Con Bolton: “İranla imzalanmış nüvə sazişi islah olunası deyil”

Gunaz.tv

GünAzTV: ABŞ prezidentinin yenicə seçilmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, martın 25-də jurnalistlərə açıqlamasında Qərblə İran arasında imzalanmış nüvə sazişindən və həmin razılaşmaya düzəlişlər edilməsinin mümkün olub-olmamasından danışıb.

 

Bolton bildirib ki, Qərbin İranla imzaladığı nüvə sazişinə düzəlişlər edilməsi mümkün deyil: “Mən, Amerika prezidentinin İranla bağlanmış nüvə sazişi ilə bağlı mövqeyi ilə tamamilə razıyam. Biz, sazişlə bağlı avropalı müttəfiqlərimizlə danışıqlar aparmışıq. Lakin, bütün bunlara baxmayaraq hesab edirəm ki, bu saziş islah olunası deyil.

 

Qəbul etməliyik ki, bu razılaşma elə imzalandığı vaxtdan pis bir saziş idi. Amerika prezidentinin dediyi kimi, bu saziş, zaman keçdikcə heç də indikindən yaxşılaşmayacaq. Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp çox ehtimal ki, qarşıdan gələn may ayının ortalarına qədər bu sazişlə bağlı yekun qərarını verəcək”.

 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş (oğul) hökumətində Amerikanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışmış Con Bolton, İran İslam Respublikasına və Şimali Koreya qarşı radikal və sərt mövqeyi ilə tanınan bir siyasətçidir. Bolton, bundan əvvəl səsləndirdiyi bəyanatlarda dəfələrlə bildirib ki, hazırda Orta Şərqdə yaşanan bütün problem və çaxnaşmaların aradan qaldırılması üçün yeganə bir yol var, o da İran İslam Respublikasının devrilməsidir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar