SON XƏBƏRLƏR

Con Toşak: Təbrizə gələcəm

2021.10.20, 07:36
Con Toşak: Təbrizə gələcəm

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının keçmiş baş məşqçisi Con Toşak Təbrizə gələ bilər.

 

“Traxtur” İran kubokunun 1/16 final mərhələsində “Sənət Neft”in qarşısında məğlub olduqdan sonra Təbrizi tərk edən Con Toşak “Traxtur” super liqa yarışlarının çempionu olacağı təqdirdə Güney Azərbaycana gələcək.

 

Mediada yayılan məlumata görə, dünya şöhrətli uelsli mütəxəssis hələ də “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi ilə əlaqə saxlayır və Azərbaycan komandasının yarışlarını izləyir. O bildirib ki, “Traxtur” 18-ci super liqanın çempionu olursa, mövsümün əvvəlində çalışdırdığı komandanın qələbə mərasiminə qatılmaq məqsədi ilə Təbrizə gələcək.

 

Xatırladaq ki, “Real Madrid” komandasının keçmiş baş məşqçisi, 69 yaşlı Con Toşak iyun ayının əvvəllərində Təbrizin “Traxtur” klubu ilə 3 illik müqavilə imzalamışdır. Çoxları uelsli baş məşqçinin Azərbaycan komandasına cəlb olunmasını klub üçün super transfer adlandırırdı.

 

Con Toşak “Traxtur” klubu ilə razılaşaraq sentyabrda komandadan ayrılıb. Bu barədə Təbriz klubu bəyanat yayaraq Con Toşakın Futbol Federasiyası və Liqa Təşkilatının “Traxtur”a yaratdığı manelərə görə istefa verdiyini açıqlamışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar