SON XƏBƏRLƏR

Conson Ruhanidan bütün ikili vətəndaşlığı olanları azad etməyi tələb edib

2021.10.20, 07:36
Conson Ruhanidan bütün ikili vətəndaşlığı olanları azad etməyi tələb edib

Gunaz.tv

GünAz TV: Britaniyanın baş naziri Boris Conson İran prezidenti Həsən Ruhani ilə görüşü zamanı ondan Nazənin Zağəri də daxil olmaqla, bütün ikili vətəndaşlığı olan şəxsləri azad etmək üçün lazımı tədbirləri görməyi tələb edib.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan görüş zamanı Conson Ruhanidən sözügedən məhkumların azad edilməsi üçün aparılan bütün işləri tezləşdirməyi istəyib.

 

O, nəticənin hasil olmamasına baxmayaraq, bu istiqamətdə daha öncə aparılmış danışıqları konstruktiv adlandırıb.

 

Britaniya baş nazirinin görüş zamanı həmçinin İranın regionda apardığı təxribatçı siyasət və Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilmiş hücumlara görə Həsən Ruhaniyə öz narahatlığını çatdırdığı deyilir.

 

Conson sonda yeni hərtərəfli nüvə razılaşması əldə etmək üçün İranla yenidən müzakirələr aparılması fikrini dəstəklədiyini bildirib.

 

Xatırladaq ki, sentyabrın 23-də Britaniya, Fransa və Almaniya müştərək bəyanat yayaraq, Səudiyyəyə qarşı baş tutmuş hücumun İranın təşkil etdiyini bəyan etmişdilər.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar