SON XƏBƏRLƏR

Coronovirusla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında əvvəlcədən gözlənildiyi kimi bu həftə asan olmaya bilər.

2021.10.20, 07:36
     Coronovirusla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında əvvəlcədən gözlənildiyi kimi bu həftə asan olmaya bilər.

Gunaz.tv

    Coronovirusla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında əvvəlcədən gözlənildiyi kimi bu həftə asan olmaya bilər. Ag evdə prezident Trumpın da qatıldığı Corona virusuna qarşı mətbuat konfransında New Yorkla bağlı xəbərlər həyacanlı oldu.Trump  New Yorku   yüksək risk bölgəsinə daxil etdi. Bəzi  insanların Nyu Yorkdan çıxdığına dair  xəbərlərə reaksiya verərkən dedi ki, ən ağıllı qərar sadəcə evdə oturmaqdır. Məlumatlara görə ən çox  virusa yoluxanlar  bu ştatdadır və sürətli bir şəkildə yayılmaqda davam edir.Amerika miqyasında bu günə qədər  370 min insana virusa yolxduğu barədə diqanoz qoyulub. Nyu Yorkda hər min insandan birində yoluxma var.Bu ştatdan gələn statiistik məlumatların narahat edici olduğundan Ag evdə də məlumatlıdırlar.Prezidentin köməkçisi  Mike Pence də Nyu York mövzusunda çox  narahat olduqlarını dilə gətirdilər.

“ Biz daha çox Nyu Yorkda fokuslaşmışıq.Ölkədəki yeni  yoluxanların 60 faizi  Nyu Yorkdadır.Bu şatatda  yüksək riskli bölgə elan etdik. Bu günlərdə Nyu  Yorkda olmusunuzsa mütləq şəkildə tempraturunuzu ölçün evdən cıxmayın.14 gün boyunca özünüzə ciddi nəzarət edin.Biz bu əraziləri böyük risk ərazisi elan etmişik.Amerika insanınının dediklərimizə əməl etməsini xahiş edirik”

Amerika Prezidenti Trump isə  dedi ki, o Pasxa bayramına,  yəni aprelin 12-dək  Amerikada həyatın nisbətən normallaşması üçün əlindən gələni edəcək. Lakin bu qərarı vermədən əvvəl həkimlərdən ciddi məsləhət alacaq.Amerika xalqının sağlamlığı və güvənliyi ücün o, iqtisadi fəaliyyətlərin  normala dönməsi mövzusunda gecikmələr də edə bilər. İqtisadi maraqlar, insan sağlamlığlndan öndə ola bilməz dedi. İnsanların evdə oturduğu müddətdə itirdikləri maliyyəni isə Amerika dövləti özü  qarşılamağa çalışır.

“ Sekretar Mnuchin  və mənim administrasiyam konqreslə işləməyə davam edir. Mən bunu ürəklə deyirəm ki, biz Amerika tarixinin ən böyük maliyyə yardımı paketi üzərində işləyirik.Bu xalq  üçün nəzərdə tutulub. Ümid edirəm ki, senatorlar 2,5 triliyon dollarlıq  plana razılıq verəcəklər. Hansıki zərə çəkmiş Amerikalı ailələr birbaşa nağd vəsait  alacaqlar. Bu baş verənlər onların ghünahı deyil. Bu zərbə gözlənilmədən gəldi. Heç  kim bunun olacağını düşünə bilməzdi. Bu bizim insanlarımızın səhvi deyil. Biz onları qorumaq istəyirik və biz ailələri qoruyacağıq. Sadə insanlara və ailələrə necə  kömək lazımdırsa biz  onu edəcəyik. Kiçik sahibkarlara da kömək edəcəyik. Bu işdə canı ilə carpışan həkim və  tibb personalına  və o sahədə çalışan hər kəsə maliyyə yardımı verəcəyik. Ən çox zərər çəkən turizim sektoruna, hava yolları şirkətlərinə dəstək olacağıq.”

Prezident  Truamp dedi ki,  durumu normallaşdırmaq üçün var  qüvvələri ilə çalışırlar. Senata göndərilən sənədin şlkə iqtisadiyyatının normallaşdırmaq  üçün  plan qurulub. Bu planda    ölkə sərhədlərini məsuliyyətlə başqa dövlətlər  üçün açılması da var. Amerika prezidenti bunun qısa zamanda baş verəcəyini dedi. Dünya sağlıq təşkilatı  Corona virusu infeksiyasında böyük sürətlənmə gördüklərini bu səbəblə Amerikanın   Corona virusunun yeni mərkəzi olmasına diqqət  çəkmişdi. Amerika prezidenti dedi ki, məlumatlar  gəlir  və statistikada göz önündədir. Amma unutmayaq  dünyanın ən güclü  tibbi  heyəti Amerikadadır  və biz də onların var gücləri ilə çalışmaları üçün hər addımı atırıq. Ölkənin qarşılaşdığı tibbi böhranı  tezliklə tarixin yaddaşına göndərəcəklərini vəd verdi.

 

ünazTV March.25.2020: Coronovirusla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında əvvəlcədən ....

 

Qənirə Ataş, Günaztv.Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar