Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01 16:48

İranda təhlükəsizlik qüvvələrinin 2019-cu ilin noyabr ayında benzinin qiymətinin bahalaşdırılmasına qarşı keçirilmiş xalq etirazlarını yatırmasından 7 ay sonra bu ölkənin deputatı Müctəba Zonnur ilk dəfə öldürülmüş vətəndaşlarla bağlı statistikanı açıqlayıb.

Gunaz.tv Quote | Gunaz article

O iddia edib ki, həmin hadisələr zamanı ümumilikdə 230 nəfər öldürülüb, 5 mini etirazçı, 2 mini isə təhlükəsizlik qüvvələri əməkdaşları olmaqla, 7 min nəfər yaralanıb. 


Deputatın iddiasına görə, ölənlərdən 6-sı təhlükəsizlik orqanları, 20%-si isə "Bəsic" və digər bu kimi rəsmi olmayan ictimai asayiş qüvvələri əməkdaşlarıdır. 


Zonnurun dediklərindən belə anlaşılır ki, ölənlərdən 52 nəfəri rejim qüvvələri, 178 nəfəri etirazçılardır. 


Öldürülənlərdən 22%-i əvvəllər məhkumluğu olmuş şəxslərdir. 7%-i təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma zamanı, 16%-i polis və təhlükəsizlik orqanları binalarına hücumda və 31%-i ictimai binalara hücum əsnasında öldürülüb. 26% insan isə etirazçı olmayıb və naməlum şəraitdə qətlə yetiriliblər, - deyə Zonnur etirazçıların öldürülmə formaların açıqlayarkən iddia edib. 

 

Deputatın sözlərinə əsasən, etirazçılar ya ictimai və inzibati binalara hücum zamanı, ya da naməlum şəraitdə öldürülüblər. O, təhlükəsizlik qüvvələrinin dinc etirazçılara xüsusilə baş nayihələrindən açdıqları öldürücü atəşlər barədə heç nə deməyib. 


Xatırladaq ki, ötən həftə Beynəlxalq Əfv Təşkilatı- Amnesty İnternational etirazçıların öldürülmə şəkli ilə bağlı hesabat yaymışdı. Həmin sənəddə qeyd edilirdi ki, əldə olan görüntülər və sübutlara əsasən, 4 hal istisna olmaqla, qalan bütün hallarda İran polisi və "Sepah" terror təşkilatının üzvləri etirazçıların baş və bədənlərinin yuxarı ətraflarına atəş açıblar. Bu isə onların etirazçıları öldürmək məqsədi ilə atəş açdığını sübut edir. 


Digər tərəfdən, 2019-cu ilin dekabr ayının sonlarında "Reuters" agentliyi adlarını açıqlamadığı iranlı rəsmilərə istinadən etirazlarda azı 1500 insanın qətlə yetirildiyini bəyan etmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-10

gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09

gun az article

Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"

2020-07-09

gun az article

İranda daha 221 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 12 305 nəfərə çatıb

2020-07-09

gun az article

Bağdadda məşhur siyasi ekspertin terroruna etiraz olaraq, Xamneyiyə qarşı şüarlar səsləndirilib

2020-07-09

gun az article

İranda azı 7 deputat koronavirusa yoluxub

2020-07-09

gun az article

İran mediası "Fatimeyi-Zəhra" məscidinə görə Azərbaycanı hədəfə alıb

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08

gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08

gun az article

İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub

2020-07-08

gun az article

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

2020-07-08

gun az article

Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb

2020-07-08