SON XƏBƏRLƏR

İctimai Fikir Akademiyasında Güney Azərbaycan mövzusu müzakirə edilib - FOTOLAR

2022.05.04, 21:10
İctimai Fikir Akademiyasında Güney Azərbaycan mövzusu müzakirə edilib - FOTOLAR

Gunaz.tv

Tədbirdə Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı, Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin üzvü Razi Nurullayev, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan mövzuyla bağlı çıxış ediblər.

Tədbiri Milli Cəbhə Partiyasının sdr müavini, tədbirin təşkilatçısı Ehtiram Mehtiyev açıq elan edib, mövzuyla bağlı qısa məlumat verib. 

INYuQDK.jpg

O, regionda baş verən son proseslərdən danışıb:
"Azərbaycanın şanlı qələbəsiylə bitən 44 günlük vətən müharibəsində İran məhz Ermənistanın yanında oldu. 30 ildir erməni işğalına susan İranın yanımızda olmaması, ölkəmizə qarşı bəyanatlar verməsi təəssüf doğurdu”.

"Farsların türklərə nifrəti qədimdir"

Daha sonra çıxış edən Əhməd Obalı bildirib ki, İran Azərbaycanın Ermənistan üzərində qələbəsindən narahatdır:

br52pvw.jpg

“İrançılıq bu gün dövlətçilikdən daha üstün ideologiyaya çevrilib, bir düşüncədir, farsçılıq düşüncəsidir. Onlar türklərə nifrəti qədimdir, bu gün də davam edir. 

İran dövlətinin Azərbaycana qarşı, türklərə qarşı nifrətinin, Qarabağdakı uğurlarımıza narahat olmasının kökü buradan gəlir. İrançılıq ideologiyası heç vaxt Azərbaycana müsbət yanaşmayacaq. 

İranın Azərbaycana mənfi münasibətini biz onların lətifələrində, əsərlərində, kinolarında, medialarında görə bilərik. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulanda da İran buna etiraz edirdi. Bütün bunların kökündə İran-Turan savaşı durur. 

Min il mütəmadi olaraq İranda hakimiyyətdə türklər olublar. 1925-ci il Qacar dövrünün sonunda öz səhvimizdən farslar hakimiyyətə gələn kimi ilk olaraq azərbaycanlılara, türklərə qarşı düşmən kimi yanaşmağa başlayıblar.

İndi Güney Azərbaycan hərəkatı getdikcə güclənir, Azərbaycan müstəqil olduqdan sonra biz fərəhlənib daha da fəallaşmışıq. 

Bu da təbii ki, farsçılığı narahat edir. Biz farsçılıq ideologiyasının bizə qarşı olan nifrətinin kökünü bilməliyik, səbəbi kökdə axtarmalıyıq. Bu münasibət heç vaxt dəyişməyəcək. Onlar bizə dost olmayıb və olmayacaq da. 

İranın qısqanclığının bir səbəbi də Türkiyənin orta Asiyaya, Qafqaza yolunun açılmasıdır. Çünkü, İran deyir, Ermənistan İran üçün Avropaya qapıdır. Lakin hər kəs bilir ki, Avropaya İranın ən rahat Yolu Türkiyədən keçir. Həmçinin Azərbaycandan da rahat çıxış edə bilir İran. 

QQWgiie.jpg

Lakin bunlar məhz Ermənistandan istifadə etmək istəyirlər. 

Çünki bunlar Ermənistanın zəifləməsini istəmirlər. Söhbət burda İranın Ermənistana sevgisindən getmir. Səbəb odur ki, ermənilər türklərə nifrət edirlər. Məhz onun üçün də İran hər zaman Ermənistanı dəstəkləyir. 

İran burdan insanları aparıb mollaxanalarında beynini yuyub, Azərbaycan əleyhinə yetişdirir. Bilməliyik ki, farçılıq dərdi köklüdür. İranda hakimiyyət dəyişməsi, rejim dəyişməsi, şəxslərin dəyişməsi farçılığın Azərbaycana nifrətini dəyişməyəcək”.

"Bölgədə ən ciddi dəyişiklik Türkiyənin güclənməsidir"

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı bildirib ki, Güney Azərbaycanda və Cənubi Qafqazda, o cümlədən dünyada ən ciddi dəyişiklik Türkiyənin güclənməsi, Cənubi Qafqaza daxil olmasıdır:
“Rusiya Cənubi Qafqazda zəifləyirsə imperiya deyil.

Rusiya Qara dənizdə Sevastopol limanını icarəylə əlində saxlayır, ordan hərəkət edirsə Rusiya imperiya dövləti deyil. Ona görə Rusiyanın Ukraynadakı müharibəsi burdan qaynaqlanır. Həm bizdə, həm də Ukraynada mövqelərini itirmişdi. 

Bu bölgədə ilk dəyişikliyi Azərbaycan edib. Azərbaycan həm Rusiya üzərində, həm Ermənistan üzərində qələbə əldə etdi, Rusiya üzərində mövqe qələbəsi, Ermənistan üzərində hərbi qələbə. 

Azərbaycanın başına gələn bütün münasibətlərin kökündə Rusiya durur. Azərbaycanın güclənməsinin, genişlənməsinin tək yolu Rusiyanın bu ərazidən götürülməsidir. Biz bu gün bu prosesin getdiyini görürük”.

"İran ermənilərə onlara qucaq açırsa, biz niyə yəhudilərə qardaş deməməliyik?"
 
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev çıxışında Azərbaycanın güclü, imperiya düşüncəsində olan ölkələrin arasında sıxılı vəziyyətdə qaldığını deyib:

“Şimaldan Rusiya, cənubdan İran bizi sıxmağa çalışır. Biz belə bir vəziyyətdə hər zaman gərginlik içərisindəyik. Azərbaycanla bağlı məsələlərdə Rusiya ilə İranın mövqeyi hər zaman demək olar ki, üst-üstə düşür. Və Azərbaycan hər zaman bu iki ölkə arasında bölüşdürülüb, parçalanıb. Azərbaycan bu gün dəyişən dünyada öz mövqeyini tutub siyasətini aparır. 

Amma, yenə də biz bütün istədiklələrimizi edə bilmirik. Məsələn, bu gün Rusiya Ukraynayla müharibə aparır ki, mən öz dövlətimə qarşı təhlükəni aradan qaldırmaq istəyirəm, NATO mənim sərhədlərimə gəlməsin. 

İran Azərbaycana təzyiq göstərir ki, İsraillə münasibət qurma, orda səfirlik açma, əks halda olacaqsan mənim düşmənim. İran isə Ermənilərə qardaş deyir, onları bağrına basır. İran ermənilərə qardaş deyirsə, onlara qucaq açırsa, biz niyə yəhudilərə qardaş deməməliyik, İsraildə səfirlik açmamalıyıq?" 

"İranın məzhəbçilik siyasəti türk dünyasını parçalayır"

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan məsələnin dini tərəfindən danışıb:

“Burda problem millətçilikdən çox məzhəb məsələsidir. Bu gün İranın irəli sürdüyü məzhəbçilik islam dünyasını, türk dünyasını parçalayır.  

Ölkəmizə də onların sirayət etməsi uzun ilərdir davam edir. Təəssüf hissiylə deyirəm ki, Həsən Sabbahın yaratdığı şəbəkə eynən bu gün İranda işləyir və onun agentləri ilahiyyatçı və digər simalarda ölkəmizdə fəaliyyət göstərirlər. Aidiyyatı qurumlar bu məsələylə ciddi məşğul olmalıdırlar, maarifləndirmə işləri aparılmalıdır cəmiyyətdə”.

m4Tbhu2.jpg

"Güney Azərbaycanda ana dilimizdə məktəblərimiz yoxdur"

Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli də çıxışında İrandakı azərbaycanlıların sayının rəsmi mənbələrdə az göstərildiyini deyib:

“Bu gün Güney Azərbaycanda ana dilimizdə məktəblərimiz yoxdur. Azərbaycanlılar öz ana dillərində təhsil ala bilmirlər. 
Gürcüstandakı azərbaycanlılar da eyni problemlərlə qarşı-qarşıyadırlar. Bu gün Türkiyənin bölgəyə genişlənməsi Azərbaycanın güclənməsi, təhlükəsizliyi deməkdir. Turançılıq ideyasını genişləndirməliyik”.

Sonra tədbir sul-cavabla formasında edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar