SON XƏBƏRLƏR

XTQ-də şanlı Zəfər Günü - VİDEO

2021.11.07, 09:33
XTQ-də şanlı Zəfər Günü - VİDEO

Gunaz.tv

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dövlət himni səsləndirilib. 

Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
 
Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.

Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.

 


 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar