SON XƏBƏRLƏR

YUNISEF-dən Əfqanıstanla bağlı xəbərdarlıq: Tədbirlər görülməsə bir çox uşaqlar yazadək sağ qalmayacaq

2021.12.25, 08:29
YUNISEF-dən Əfqanıstanla bağlı xəbərdarlıq: Tədbirlər görülməsə bir çox uşaqlar yazadək sağ qalmayacaq

Gunaz.tv

Bu barədə YUNİSEF-in Əfqanıstandakı nümayəndəsi vəzifəsini icra edən Abdul Qadir Müsse xəbərdarlıq edib.

O, qeyd edib ki, qida çatışmazlığı, səhiyyə, əsas xidmətlərin pozulması və digər amillər əfqan uşaqlar arasında xəstəlik hallarının artmasına səbəb olub.

Ölkədəki vəziyyəti pandemiyanın, quraqlığın və görünməmiş ərzaq böhranının nəticələri daha da ağırlaşdırır.

Fondun əməkdaşları qeyd edirlər ki, Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi xüsusən uşaqlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması ilə müşayiət olunur.

Azyaşlı əfqanlar aclıq, qızılca, malyariya və pnevmoniya xəstəlikləri ilə üzləşiblər.

2021-ci ildə uşaqlar arasında qızılcaya yoluxanların sayı 66 mindən çox olub. Ölkədə kütləvi şəkildə diareya, malyariya və denge qızdırması qeydə alınıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar