SON XƏBƏRLƏR

""Hicab və iffət günü" xalqı sıxışdırma siyasətinə xidmət edir"-Milli fəallar bəyanat yaydı

2022.07.12, 08:47
""Hicab və iffət günü" xalqı sıxışdırma siyasətinə xidmət edir"-Milli fəallar bəyanat yaydı

Gunaz.tv

"90-cı illərdən üzü bu yana hicab haqqında qanunun təsdiq edilməsindən sonra İranda bütün hakimiyyətlər gender bərabərliyi hüquqları uğrunda heç bir müsbət addım atmayıb, əksinə qadınlara qarşı zülm və repressiyaları daha da gücləndiriblər"-deyə, bəyanat müəllifləri bildirib.

Onlar milyonlarla insanın məcburi hicaba yox dediyini, özlərinin istəklərinə uyğun geyim və yaşayış tərzi seçmələrini gerici qanun müəlliflərinə, İran hökumətinə qarşı cavab olduğunu qeyd ediblər.

Mədəni fəallar bununla yanaşı bu gündən etibarən sosial mediada "icbari hicaba yox" başlığı altında kampaniya başladıldığını bildirib.

Onlar bütün mütərəqqi insnları kampaniyaya qoşularaq İran hökumətinin zülmünə və ayri-seçkilik siyasətinə qarşı çıxmağa çağırıblar.

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeyi sosial mediada məcburi hicaba qarşı başladılan kampaniyanı "düşmənlərin fitnəsi" adlandırıb.

"Bu cərəyanın arxasında olan gizli əllər tapılmalı və cəzalandırılmalıdır"-deyə, Ejeyi məcburi hicaba qarşı çıxanların cəzalandırılmaları ilə bağlı hüquq mühafizə orqanlarına göstəriş verib. 

Qeyd edək ki, bir neçə gün bundan öncə qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar