SON XƏBƏRLƏR

Mədəniyyət naziri: “Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılmasını müzakirə edirik”

2022.02.03, 22:37
Mədəniyyət naziri: “Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılmasını müzakirə edirik”

Gunaz.tv

Bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ Azərbaycanın təşəbbüsü ilə Gürcüstanla Azərbaycan arasında Hökumətlərarası Komissiyanın gündəliyinə salınıb:

“Danışıqlar asan olmasa da, gedir.

Məqsədimiz Azərbaycan mirasına aid olan qapıların ölkəyə qaytarılmasıdır”.

Nazir ermənilərin saxtalaşdırdığı tarixi Azərbaycan abidələri ilə bağlı da məlumat verib.
“Ermənlilərin alban dini məbədlərinin üzərinə yazdıqları qondarma izlərin aradan qaldırılması üçün alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb”.

O bildirib ki, qrupda həm də dövlət qurumlarının nümayəndələri təmsil olunurlar: “İşçi qrupun üzvləri ilə həmin yerlərə baxış keçirib, baxışdan sonra növbəti addımlarımızı fikirləşəcəyik. Həmin ərazilər hələ tam təhlükəsiz deyil. 

Erməniləşdirilmiş alban kilsələrinə getmək rahat deyil. Ərazilər minalardan təmizlənəndən sonra həm yerli, həm də beynəlxalq ekspertləri ora aparacağıq və erməni saxtakarlığını, dəyişiklikləri sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.

Nazirin sözlərinə görə, eyni zamanda, beynəlxalq ekspertlərlə də iş aparılır: “Onların Azərbaycana dəvət edilməsi planlaşdırılır”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar