SON XƏBƏRLƏR

ABŞ-da erməni icmasının rəhbərlərindən olan Riçard Ayvaziyan və həyat yoldaşı milyonlarla dollar oğurluq üstündə axtarışa verilib

2021.11.20, 23:20
ABŞ-da erməni icmasının rəhbərlərindən olan Riçard Ayvaziyan və həyat yoldaşı milyonlarla dollar oğurluq üstündə axtarışa verilib

Gunaz.tv

Amerika Birəşmiş Ştatlarının Kaliforniya əyalətində erməni Riçard Ayvazyan və həyat yoldaşı Marietta Terabelyan elektron izləmə qolbaqlarını kəsdikdən sonra üç yeniyetmə övladlarını buraxaraq evlərini tərk ediblər.
 
Cütlüyü, Covid-19 pandemiyası ilə əlaqədar dövlətin vətəndaşlar üçün nəzərdə tutduğu yardımları mənimsəmə və dələduzluğa dair planlarına görə həbs cəzası gözləyirdi.

Onlar 13, 15 və 16 yaşlı uşaqları üçün komputerdə yazılmış yazı qoyaraq evi tərk ediblər.

Ayvazyanın vəkilinin sözlərinə görə, “bir gün yenə birlikdə olacağıq. Bu, vida deyil, bir-birimizdən qısa ayrılıq fasiləsidir" deyə,- erməni valideynlər övladlarına xitabən qoyduqları məktubda qeyd ediblər.

Cütlüyün bu hərəkəti avqustun sonlarında, iyun ayında məhkum olunduqdan sonraya təsadüf edir. Onların barəsində məhkəmə hökmü çıxarılmasının üstündən beş ay keçməsinə baxmayaraq cütlük hələ də tapılmayıb və Federal Tədqiqatlar Bürosu onları axtarır.

Bu, hakimin bu həftə 43 yaşlı Ayvazyan və 37 yaşlı Terabelyana müvafiq olaraq 17 və 6 il qiyabi hökm çıxarmasına mane olmayıb. 

Prokurorlar onların və əlbirlərinin pandemiya zamanı kiçik biznes üçün yardım fondundan 20 milyon dollardan çox oğurluq planını həyata keçirdiklərini bildiriblər.

“Müttəhimlər COVID-19 böhranından, əsrimizin ən pis pandemiyasının səbəb olduğu iqtisadi çətinliklərdən əziyyət çəkən insanlar və müəssisələr üçün nəzərdə tutulmuş çox ehtiyac duyulan milyonlarla dollarlıq dövlət yardımını oğurlamaq üçün istifadə ediblər” – deyə, amerikalı vəkil Tracy L. Vilkison bildirib.

Erməni cütlüyün hara qaçmaları barədə dəqiq fakt əldə etmək mümkün olmasada, onların Ermənistan Respublikası və ya Azərbaycanın işğal olunmuş ərazisi Xankəndinə sığınmaları ehtimalı yüksəkdir.

Bütün ehtimalları nəzərə alaraq, Amerika Federal Təhlükəsizlik Bürosu dələduz erməni cütlüyünün tapılmasına yardım edən və ya yerləri barədə məlumat verən şəxslərə 20 min dollar mükafat təyin edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar