ABŞ-da Zəfər Günü münasibətilə avtoyürüş keçirilib

07.11.2021, 10:26

ABŞ-ın Nyu-York ştatında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin birinci ildönümü - 8 noyabr Zəfər Günü münasibətilə avtoyürüş keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Yürüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşkilatçılığı ilə baş tutub.

Şəhərin Bruklin əyalətində Əyyub Sultan Mədəniyyət Mərkəzinin önündə toplaşan həmvətənlərimiz “Qarabağ Azərbaycandır” şüarının yazıldığı, Şuşanın və Xarıbülbülün görüntüsünün əks olunduğu, Azərbaycan bayraqları ilə bəzədilmiş nəhəng dekorlu avtomobil karvanının müşayiəti ilə yola düşüblər.

Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobil karvanı ABŞ ictimaiyyətinin diqqətini cəlb edib. Yürüş iştirakçıları ermənilərin sıx məskunlaşdığı ərazilərdən keçib, Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vurublar.

Yürüşün ilk dayanacağı tarixi Bruklin körpüsü olub. Aksiya iştirakçıları körpünün üzərində hərəkət edib, “Yallı” oynayıblar. Körpüdən keçən turistlər və sakinlər həmvətənlərimizin sevincini paylaşıb, onlarla birlikdə rəqs ediblər.

Azərbaycan bayraqları və qələbə şüarları ilə körpünü keçən diaspor fəallarının növbəti dayanacağı isə Manhetten adası olub. Onlar Nyu-Yorkda turistlərin ən çox ziyarət etdiyi küçələrdən biri “Wall Street”də yerləşən “Bowling Green” parkda bayraq meydanında nəhəng Azərbaycan bayrağı qaldırıblar.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vaqif Seyidov, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və digər diplomatlar iştirak edib. Mərasimdə çıxış edən Y.Əliyev tarixi qələbəmizin Azərbaycandan kənarda yaşayan hər bir soydaşımıza qürur və sevinc bəxş etdiyini bildirib.

Aksiya 3 saat davam edib. ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara bələdçilik edib. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış tarixçi alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07

gun az article

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021-12-07

gun az article

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021-12-07

gun az article

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021-12-07

gun az article

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021-12-07

gun az article

PKK-nın daha bir rəhbər şəxsi məhv edildi

2021-12-07

gun az article

Ağdamın Keştazlı kəndindən VİDEO

2021-12-07

gun az article

Lider dövlətlər Rusiyaya qarşı birləşirlər

2021-12-07

gun az article

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021-12-07

gun az article

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021-12-07

gun az article

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021-12-07

gun az article

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

2021-12-07

gun az article

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

2021-12-07

gun az article

Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində-FOTOLAR

2021-12-06