SON XƏBƏRLƏR

ABŞ-da FTB-nin keçmiş agentinin erməni mafiyası ilə əlaqəsi aşkarlanıb

2022.10.06, 04:11
ABŞ-da FTB-nin keçmiş agentinin erməni mafiyası ilə əlaqəsi aşkarlanıb

Gunaz.tv

Bu barədə ABŞ mətbuatına istinadə xəbər verir.

1999-2018-ci illərdə FTB agenti olmuş Babak Brumand 2015-2018-ci illərdə təqribən 150 000 dollar nağd pul, şəxsi təyyarə uçuşları, otellərdə qalma, əxlaqsız qadınlar və hətta mafiya vəkilinin müştərilərinə kömək etmək üçün “Ducati” markalı motosiklet alıb.

İstintaq sənədlərinə əsasən, Brumand özünü məxfi mənbə kimi təqdim edərək adı açıqlanmayan vəkillə münasibətini gizlədib. O, vəkillər və müştərilərin adından qanunsuz məlumat bazası axtarışlarını qanuniləşdirmək üçün saxta hesabatlar yazıb.

2015-ci ildə bir vəkil Brumandan daha çox “Lev Aslan Dermen” kimi tanınan Levon Termenjyanla bağlı FTB dosyesinə müraciət etməyi xahiş edib. 

ABŞ prokurorları Termenjyanı 1 milyard dollarlıq biodizel vergisi krediti fırıldaqçılığı sxemində iştirak etdiyinə görə 2020-ci ildə Yuta federal məhkəməsində məhkum edilmiş erməni mafiyasının üzvü kimi qeydə alıblar.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar