SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi: Dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır

2022.03.27, 00:06
Müdafiə Nazirliyi: Dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır

Gunaz.tv

Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.

Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir.

Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır", - nazirlikdən əlavə edilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar