SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi komando hərbi hissələrinə qəbul elan edib - VİDEO

2022.12.24, 10:50
Müdafiə Nazirliyi komando hərbi hissələrinə qəbul elan edib - VİDEO

Gunaz.tv

Nazirlikdən verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 26 dekabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar