SON XƏBƏRLƏR

Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək mümkündür

2021.10.20, 07:36
Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək mümkündür

Gunaz.tv
Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək mümkündür aleksand_stubb_hazir.jpg ATƏT-in hazırki sədri, Finlandiyanın xarici işlər naziri Aleksander Stubb Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin mümkünlüyü barədə bəyanat verib. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov, Bernar Fasye və Metyu Brayza ilə görüşdə A.Stubb onların fəaliyyətini yüksək qiymətləndirib. Finlandiya xarici işlər nazirliyinin məlumatına görə, görüşdə ABŞ, Fransa və Rusiyadan olan vasitəçilər ATƏT sədrini Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü barədə məlumatlandırıblar. Aleksander Stubb həmçinin qeyd edib ki, ATƏT məkanında olan münaqişələri həll etmək - Finlandiyanın bu yüksək postda rəhbərliyi dövründə ən prioritet məsələlərdən biridir. A.Stubb Ermənistan və Azərbaycanı Minsk qrupunun bütün imkanlarından istifadə etməyə çağırıb./ANS Press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar