SON XƏBƏRLƏR

Dağlıq Qarabağa dəstək verən 4 “Traxtur” tərəfdarı sərbəst buraxılıb

2021.10.20, 07:36
Dağlıq Qarabağa dəstək verən 4 “Traxtur” tərəfdarı sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunu qarşısında alnına Qarabağ yazdığı üçün saxlanılan fəallar azadlığa buraxılıb.

 

Onlar martın 1-də Azərbaycanın “Traxtur” və İsfahanın “Sepahan” komandalarının görüşü zamanı stadiona daxil olarkən yaxalanmışdır.

 

Fəalların Sulduz sakinləri olduğu bildirilir. Onların 3-nün kimliyi Ehsan İsmayıldoxt, Mehdi Həmzei və Babək Siyamidən ibarətdir. “Traxtur” tərəfdarları saxlandıqdan 2 gün sonra sərbəst buraxılıb.

 

“Traxtur”-“Sepahan” görüşündən sonra ermənilərin Tehrandakı anti-Azərbaycan hərəkətinə qarşı Dağlıq Qarabağla bağlı səsləndirilən şüarlarla əlaqədar 29 soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Saxlanılanlardan bəzilərinin Saib təcridxanasında döyüldüyü bildirilir. Onların əksəriyyəti barədə hələlik geniş məlumat yoxdur.

 

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra işğalçı Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

 

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar