SON XƏBƏRLƏR

SEPAH daha iki etnik bəluçu güllələyib

2022.06.28, 08:00
SEPAH daha iki etnik bəluçu güllələyib

Gunaz.tv

Bu barədə bəluç fəallar məlumat yayıb.

Məlumatda Məhəmməd Rigi Müqəddəm adlı bəluç gəncin xırda yanacaq alveri ilə məşğul olduğu qeyd olunub.

Bəluç fəallar SEPAH məmurlarının Məhəmməd Rigi Müqəddəmə xəbərdarlıq etmədən birbaşa atəş açdığını bildiriblər.

Bununla yanaşı iyunun 27-də Sistan-Bəluçistan əyalətinin Milək sərhəd bölgəsi yaxınlığında 24 yaşlı Hüseyn Hormozinin güllələnərək öldürüldüyü xəbəri təsdiqlənib.

Qeyd edək ki, Bəluç Fəalları Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluç vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb. Nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb. 

Qeyd olunan hesabatın yayılmasından bu günə kimi onlarla bəluç SEPAH silahlıları tərəfindən öldürülüb və yaralanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar