SON XƏBƏRLƏR

ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olundu

2023.03.13, 09:55
ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olundu

Gunaz.tv

Azərbaycanın ABŞ-dəki səfirliyindən Modern.az -a bildirilib ki, məktəbin bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim çıxış edib. Səfir deyib ki, hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biri onun dilidir və hər millət özünün dilinin mühafizəkarı olmalıdır. 

Dilimizin qorunması Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Dövlətimizin başçısının bununla bağlı imzaladığı sərəncamlar xaricdə yaşayan soydaşlarımızın da qarşısına müəyyən öhdəlik qoyur. Sevinirik ki, bu məktəbin yenidən bərpası ABŞ-da yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz ana dilinin öyrədilməsi işində dəstək olacaq.

Tədbirdə çıxış edən Amerika Universitetinin elmi işçisi, doktorant Şəlalə Vəliyeva iştirakçıları məktəbin yenidən işlənib hazırlanmış təlim-tədris proqramı barədə məlumatlandırıb.

Mərasimdə kamança ustası Toğrul Orucov milli musiqilərimizi ifa edib. Azərbaycanlı ailələr Vətəndən uzaqda olmalarına baxmayaraq, hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və ana dilimizin öyrənilməsi üçün övladlarına belə şansın verilməsindən böyük sevinc hissi keçirdiklərini deyiblər.

Qeyd edək ki, Azərbaycan Məktəbində ana dilimizin tədrisi ilə yanaşı, milli musiqi və rəqslərimiz, rəsm dərsləri, intellektual oyunlar, o cümlədən peşəkar şahmatçılar tərəfindən uşaqlar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar