SON XƏBƏRLƏR

“Dalğa” qrupu konsert verməyə hazırlaşır – Təbrizdə

2021.10.20, 07:36
“Dalğa” qrupu konsert verməyə hazırlaşır – Təbrizdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində “Dağların səsi” adı ilə möhtəşəm konsert keçiriləcək.

 

“Dalğa” musiqi qrupunun konserti dekabrın 30 və 31-də Təbriz vaxtı ilə saat 20:30-da Xavəran Beynəlxalq Konfrans Salonunda keçiriləcək.

 

Konsertdə “Dalğa” qrupunun icraçı direktoru, saz ifaçısı ustad Çingiz Mehdipur da çıxış edəcək.

 

“Dalğa” musiqi qrupu Azərbaycanın Güney və Quzeyində bir neçə dəfə möhtəşəm konsertlər keçirib. Gələcək günlərdə keçiriləcək konsertdə çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar