Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31 12:57

Edam cəzasına məhkum olan güney azərbaycanlı həkim Əhməd Rza Cəlalinin bu hökmə etirazından 1.5 il keçməsinə baxmayaraq müvafiq qurumlar cavabdehlikdən boyun qaçırır.

Gunaz.tv Quote | Gunaz article

Cəlalinin həyat yoldaşı Vida Mehranniyanın sözlərinə görə, yoldaşının günahsızlığına dair möhkəm və inkaredilməz sübutların məhkəmə orqanına təqdim edilməsinə baxmayaraq ədalətsiz qərar hələ də qüvvədə qalır və  İran- İsveç vətəndaşı olan həkim edam təhlükəsi ilə qarşı-qarşıyadır.

 

 

Mehranniya qeyd edib ki, heç bir rəsmi nə ona, nə də Cəlalinin vəkillərinə dəqiq cavab vermir.

 

 

“Halbuki, məhkəmə rəsmilərinin bir çoxu, hətta təhlükəsizlik orqanları onun günahsızlığına və çıxarılan edam hökmünün yanlış olduğuna əmindirlər. Buna baxmayaraq səhvi qəbul edərək ədalətin bərpasından boyun qaçırılır,” deyə o əlavə edib.

 

 

Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq etmək ittihamı ilə həbs olundu. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum etdi. çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.

 

Mehraniniya Amerikanın Səsinə verdiyi müsahibədə yoldaşının müxtəlif xəstəliklər, o cümlədən, immunitet çatışmazlığı və qan hüceyrələrinin azalmasından əziyyət çəkdiyini bildirərək əlavə edib ki, bu xəstəliklər Cəlalinin İran həbsxanalarında yayılan koronavirus infeksiyasına yoluxma riskini artırır.

 

“Bu günə kimi İran rəsmiləri Cəlali və vəkillərinin, eləcə də BMT İnsan Haqları Şurasının onu məzuniyyətə göndərmək barədə tələblərinə cavab verməyib.”

 

Həbsxananın sanitar-gigiyena vəziyyətinin çox zəif olduğunu deyən Cəlalinin həyat yoldaşı əlavə edib ki, “koronavirusun geniş yayıldığı həbsxanada onun yeganə şansı hazırda yüksək təhlükəsizlik şəraitində, tam təcrid edilmiş vəziyyətdə saxlanılmasıdır.”

 

Xatırladaq ki, martın 9-da İran rəsmiləri koronavirus səbəbindən 70 min məhkuma məzuniyyət icazəsi verdiyini bəyan edib. Lakin onlar arasında nə güney azərbaycanlı milli-mədəni fəallar, nə də siyasi, ictimai və insan haqları fəalları, eləcə də xarici vətəndaşlar yoxdur.

 

Daha öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranda məhkumluq həyatı yaşayan vətəndaşların, eləcə də amerikalıların azadlığa buraxılmasını istəyib.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11