SON XƏBƏRLƏR

SEPAH-dan Bakıya qarşı təxribat anonsu? – Şok açıqlama

2023.01.31, 10:15
SEPAH-dan Bakıya qarşı təxribat anonsu? – Şok açıqlama

Gunaz.tv

Belə ki, onlar özlərinə məxsus Teleqram kanalında “İsrail kəşfiyyatının Azərbaycanda əhalinin sıx olduğu yerlərdə partlayışlar törədərək bunu İranın üzərinə atmağa hazırlaşdığını” iddia ediblər.

Bununla bağlı Güney Azərbaycan Televizyasının rəhbəri Əhməd Obalı Axar.az-a açıqlamasında deyib.

O, bu iddianın əslində İran hakimiyyəti tərəfindən ortaya atıldığını, bununla da Tehranın Azərbaycan hökumətinə təhdid mesajı verdiyini bildirib:

“Adı çəkilən qurumun İran Təhlükəsizlik Nazirliyi və SEPAH-ın nəzarəti altında fəaliyyət göstərdiyini nəzərə alaraq, SEPAH və ETTELAAT-ın onlar vasitəsilə Azərbaycanı yeni terror hücumları ilə hədələmək niyyətində olduğunu ehtimal etmək olar.

İrana sığınan və Azərbaycanda axtarışda olan şəxslərin özbaşına belə açıqlamalar verməsi mümkün deyil.

İran hökuməti Azərbaycana qarşı təxribat təhdidlərini onların vasitəsi ilə çatdırır”. (Axar.az)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar