SON XƏBƏRLƏR

FİFA-dan İrana xəbərdarlıq: “Qadınlar stadionlara buraxılmalıdır, yoxsa...”

2021.11.11, 10:38
FİFA-dan İrana xəbərdarlıq: “Qadınlar stadionlara buraxılmalıdır, yoxsa...”

Gunaz.tv

FİFA İran Futbol Federasiyasına etdiyi ciddi xəbərdarlığında onun əsasnaməsində düzəlişlər edilməsini, futbol klublarının özəlləşdirilməsini, hökumətin futbol işinə qarışmamasını və İranda fubol həvəskarı olan qadın azarkeşlərin stadionlara girişinə qoyulan bütün qadağa və məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. 


FİFA həmçinin İran Futbol Federasiyasını təhdid edərək deyib ki, yuxarıda sadalan hallar və nöqsanlar  2022-ci il, martın 2-nə qədər öz həllini tapmasa İran futbolu tamamilə dayandırılacaq və o dünya çempionatına vəsiqə almaqdan məhrum ediləcək.


Bildirilir ki,  son illər İran Futbol Federasiyasının əsasnaməsi dəfələrlə FİFA-nın tənqidi ilə üzləşib və FİFA ona düzəlişlər edilməsini tələb edib.


FİFA-nın İran Futbol Federasiyasından əsas və ciddi tələblərindən biri qadınların stadionlara girişinə qoyulan bütün qadağa və məhdudiyyətlərin aradan qaldırılmasıdır. 


Qeyd edək ki, İranın molla rejimi son 43 ildə ölkədə qadınların müxtəlif sahələrdə hüquq və azadlıqlarını məhdudlaşdırmağa çalışsalar da, buna tam nail ola bilməyiblər və həmişə öz hüquqları uğrunda dinc mübarizə aparan İran qadınlarının müqaviməti ilə üzləşiblər. 


Xatırladaq ki, İran İslam Respublikasında qadınların stadionlara girişi qadağandır. Gizli və ya qanunsuz yollarla stadionlara daxil olmağa çalışan qadınlar polis zorakılığına məruz qalaraq həbs edilir, təzyiq, təhdid və təqiblə üz-üzə qalırlar.

فیفا، فدراسیون فوتبال ایران را نقره‌داغ کرد

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar