SON XƏBƏRLƏR

Dani Danon: “Təhlükəsizlik Şurası İranın İsrailə qarşı hücum planlarına kəskin reaksiya verməlidir”

2021.10.20, 07:36
Dani Danon: “Təhlükəsizlik Şurası İranın İsrailə qarşı hücum planlarına kəskin reaksiya verməlidir”

Gunaz.tv

GünAz TV: İsrailin Birləşmiş Millətlər Təşkilatı yanında səfiri Dani Danon Təhlükəsizlik Şurasına göndərdiyi rəsmi məktubda qurumun İranın ölkəsinə qarşı həyata keçirməyə çalışdığı hücumlara reaksiya verməsini istəyib.

 

Məktubda İsrailin Suriyada həyata keçirdiyi son hücumla əlaqəli qeyd edilir ki, rəsmi Dəməşq “SEPAH” terror təşkilatı və ona bağlı şiə yaraqlılara öz ərazisidə terror aksiyaları planlaşdırmaq və icra etmək üçün hər cür şərait yaradıb. Səfir bildirib ki, bu, İranın İsrailə qarşı terror hücumu həyata keçirmək istiqamətində 1-ci və ya 2-ci addımı deyil, dəfələrlə bu cür hal yaşanıb.

 

Dani Danon məktubda həmçinin bildirib ki, Təhlükəsizlik Şurası Suriyanı bu addımlara şərait yaratdığına görə məsul bilməli və ölkə hakimiyyətindən izahat tələb etməlidir.

 

Səfir beynəlxalq ictimaiyyəti İrana regionda həyata keçirdiyi təxribatçı addımlar və terrora göstərdiyi dəstəyin cavabsız qalmayacağını xatırlatmağa çağırıb.

 

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri avqustun 25-də Dəməşqin cənub şərqində keçirdiyi hava əməliyyatı nəticəsində “SEPAH”ın “Qüds Briqadası”na məxsus hədəfləri məhv etmişdi. İsrail ordusunun əməliyyatdan sonra yaydığı bəyanatda bildirilirdi ki, bu hücum İranın Suriya ərazisindən İsrailə qarşı silahlı pilotsuz uçan aparatlarla planlaşdırdığı terror hücumunun qarşısını almaq üçün həyata keçirilib.

 

Avqustun 26-da İsrailin baş naziri Benyamin Netanyahu İranı ölkəsinə qarşı terror hücumu planlaşdırmaqda ittiham edərək, beynəlxalq ictimaiyyəti rəsmi Tehranın bu cür təxribatçı addımları dayandırması üçün dərhal hərəkətə keçməyə çağırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar