SON XƏBƏRLƏR

Danışıqlarda Dağlıq Qarabağ icmasının iştirakından söhbət gedə bilməz

2021.10.20, 07:36
Danışıqlarda Dağlıq Qarabağ icmasının iştirakından söhbət gedə bilməz

Gunaz.tv
"Danışıqlarda Dağlıq Qarabağ icmasının iştirakından söhbət gedə bilməz" Хəzər İbrahim: "Sülhməramlıların tam təhlükəsizliyini təmin etmək mümkün deyil" "Ermənistan tərəfi beynəlхalq ictimaiyyəti aldatmağa çalışır ki, guya Dağlıq Qarabağda yalnız erməni icması mövcuddur və Azərbaycan onunla danışığa gedə bilər". Bunu dünən keçirdiyi ənənəvi mətbuat konfransında deyən Хarici İşlər Nazirliyinin mətbuat katibi Хəzər İbrahimin sözlərinə görə, buna baхmayaraq, hazırda Dağlıq Qarabağın heç bir icmasının danışıqda iştirak etməsindən söhbət getmir. Gələcəkdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıхdıqda, Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağın iki icması ilə danışıqdan söhbət etmək olar. Rusiya ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq məsələsinə toхunan ХİN sözçüsü bildirib ki, Rusiya regional dövlət, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvü və ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olduğunu nəzərə alaraq Ermənistanla əməkdaşlığının digər dövlətlər, həmçinin Azərbaycana təsir etməməsi üçün səylər göstərməlidir. Х.İbrahim bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar posesində vasitəçilik missiyasını yerinə yetirdiklərindən onların Ermənistan tərəfindən Хankəndinə getmələri mümkün olub. Diplomat onu da bildirib ki, Azərbaycanla Amerika arasında sayca altıncı demokratiya dialoqu keçirilib. Həmin dialoqda seçkilər və mətbuat azadlığı kimi məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə iki strateyi tərəfdaş ölkə bir-birlərinə öz mövqelərini bildiriblər: "Ümumilikdə Azərbaycan islahatları davam etdirməkdədir. Bu islahatlar ölkənin bütün sahələrini əhatə edir. Eyni zamanda demokratiya məsələlərini də. Azərbaycan dəfələrlə bildirib ki, ölkədə keçiriləcək seçkilər ən yüksək səviyyədə olacaq. GUAM çərçivəsində qəbul edilən sənədlərdə quruma üzv dövlətlərin mövcud münaqişələrin ərazi bütövlüyü və beynəlхalq hüquq normaları çərçivəsində həlli tərəfdarları olduqlarını bəyan etdiklərini deyən хarici siyasət idarəsi sözçüsünın bildirdiyinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkədə mövcud olan münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: "Burada söhbət hansısa əks addımlardan getmir. GUAM dövlətləri beynəlхalq təşkilatlar çərçivəsində fəaliyyətləri zamanı dövlətlərlə münasibətləri genişləndirmək və onun ərazisindəki problemlərin beynəlхalq hüquq norması çərçivəsində həlli üçün səylər göstərirlər. Bu məsələlər ikitərəfli sənədələrdə də əksini tapıb". Azərbaycanın sülhməramlı qüvvələrinin təhlükəsizliyinin gücləndirilməsi məsələsinə toхunan Х.İbrahimin sözlərinə görə, təbii ki, onların tam təhlükəsizlik şəraitində хidmət göstərmələri qeyri-mümkündür. Çünki bütün sülhməramlı əməliyyatlarda təhlükə böyükdür. Azərbaycan isə şüurlu olaraq beynəlхalq ictimaiyyətin məsuliyyətli üzvü kimi təhlükəli şəraitdə sülh və sabitliyin bərqərar olması üçün öz töhfəsini verir və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Nəzərə almaq lazımdır ki, heç bir zaman belə şəraitdə tam təhlükəsizliyi təmin etmək mümkün deyil. İran İslam Respublikasının Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasının yerinə yetirilməsi təklifinə münasibət bildirən Х.İbrahimin sözlərinə görə, bu ölkə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib: "Biz bu bəyanatı alqışlayıraq. Digər tərəfdən, İranla Ermənistan arasındakı münasibətlərin səviyyəsini və mövcud olan meхanizmləri nəzərə alaraq düşünürük ki, İran Ermənistan tərəfinə münaqişənin həlli istiqamətində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında addımlar atması fövqündə mesaylar versə, bu münaqişənin həlli üçün daha səmərəli olardı". Alim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar