SON XƏBƏRLƏR

Darxan Kadıralı: Məqsədimiz türk dünyası arasında elmi inteqrasiyaya nail olmaqdır

2021.10.20, 07:36
Darxan Kadıralı: Məqsədimiz türk dünyası arasında elmi inteqrasiyaya nail olmaqdır

Gunaz.tv

GünAz TV: Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadıralı ilə görüşüb.

 

Prezidenti Sooronbay Jeenbekov bildirib ki, Beynəlxalq Türk Akademiyası türkdilli xalqların tarixinin, mənəvi irsinin tədqiqi, çapı və yayılması istiqamətində böyük iş görür və biz bunu alqışlayırıq. S.Jeenbekov Türk Akademiyası tərəfindən qırğız xalqının tarixi, mədəniyyəti ilə bağlı kitablar çap edildiyini və türkdilli ölkələrdə yayıldığını minnətdarlıq hissi ilə xatırladıb. Son illər akademiya türkdilli xalqların, o cümlədən qırğız xalqının ədəbiyyatı, folkloru və adət-ənənələri ilə bağlı xeyli iş gördüyünü qeyd edən dövlət başçısı deyib: “İnanıram ki, sizin rəhbərliyiniz altında Beynəlxalq Türk Akademiyası türkdilli xalqlar arasında mənəvi körpü olacaq və qardaş dövlətlərin daha da yaxınlaşmasına kömək edəcək, mədəni və digər sahələrdə əməkdaşlıq genişlənəcək və dərinləşəcək”.

 

Darxan Kadıralı Türk Akademiyasının fəaliyyəti haqqında məlumat verib. “Təmsil etdiyim qurum təkcə Astanada deyil, bütün türkdilli ölkələrdə tədbirlər keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Məqsədimiz türk dünyası arasında elmi inteqrasiyaya nail olmaqdır, belə ki, elm sərhəd tanımır”, - deyə D.Kadıralı bildirib.

 

Sonra Darxan Kadıralı dövlət başçısına Altayda, üç min metr yüksəklikdə tapılan və qırğız xalqına məxsus qədim kıl-kıyak musiqi alətini təqdim edib. azertag.az

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar