SON XƏBƏRLƏR

Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan agentliklərə kürdləşdirmə planı ilə bağlı vərəqələr paylanılıb - Urmiyədə

2021.10.20, 07:36
Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan agentliklərə kürdləşdirmə planı ilə bağlı vərəqələr paylanılıb - Urmiyədə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan agentliklərə vərəqələr paylanılıb.

 

Azərbaycanlı milli-mədəni fəallar tərəfindən yayılan vərəqələrdə agentliklərə Qərbi Azərbaycan Əyaləti, o cümlədən Urmiyə şəhərində gedən kürdləşdirmə prosesi haqda xəbərdarlıq edilib.

 

“Kürd terrorçuları qaçaqmalçılıqdan əldə etdikləri pulla bölgədə daşınmaz əmlak alaraq Azərbaycanı yumşaq şəkildə işğal etməyə çalışırlar. Lakin Azərbaycan minlər ildir ki, türklərin tarixi vətənidir, bu belə də olacaq. Biz tarixi bilən bir millət kimi heç vaxt cinayətkar İsmayıl Simitqonun törətdiyi qeyri-insani faciəyə oxşar hadisələrin təkrar olunmasına icazə verməyəcəyik.

 

Biz birinci addımda terrorçuların daşınmaz əmlak almaq planlarını pozmaqla bölgənin kürdləşməsi prosesini dayandırmalıyıq. Torpaq şərəf və namusdur, onu heç nə ilə dəyişmək olmaz. Bu işdə ən böyük məsuliyyət daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan agentliklərə düşür. Bildiyiniz kimi, son yüz ildə onminlərlə qəhrəman övladımız sərhədyanı bölgələrdə mühacir kürdlər tərəfindən öldürülüb, hələ də Azərbaycan övladları irqçi və terrorçu kürd qruplaşmaları tərəfindən şəhid edilir. Ona görə də, kürdlərə ev, torpaq və s. satmaq şəhidlərə və Azərbaycana xəyanətdən başqa heç nə deyil.

 

Biz pul vəsvəsəsi ilə taleyimizi kürdlərə tapşıra bilmərik. Bir sözlə desək Azərbaycan torpağına göz tikən mühacir  kürdlərə daşınmaz əmlak satmaqla öz övladlarımıza diri-diri məzar qazmış olarıq”- deyə vərəqənin bir hissəsində qeyd olunub.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar