Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03 12:39

Son iki gündə başlayan şiddətli yağışlar və sel daşqınları Güney Azərbaycanın bir neçə əyalətində ciddi fəsadlar törədib.

Gunaz.tv Quote | Gunaz article

Sel və daşqınlar nəticəsində kəndlərə maddi ziyan dəyib, insan itkisi qeydə alınıb.

Qərbi Azərbaycan əyaləti valiliyinin Böhran İdarəetmə bölməsinin başçısı Əmir Abbas Cəfəri avqustun 3-də mətbuata verdiyi açıqlamada yağıntıların və nəticədə yaranan daşqınların fəsadları barədə danışıb.

O, “İSNA” xəbər agentliyinə bildirib ki, avqustun 2-i gündüz və gecə saatlarında şiddətli yağış və daşqın Tikantəpə mahalının 5 kəndinə ciddi maddi ziyan vurub.

Dəyərləndirmə, xilasetmə dəstələrinin və Qızıl Ay Cəmiyyətinin əməkdaşlarının bölgəyə göndərildiyini deyən Cəfəri Sayınqalada da köçəri əhalinin daşqınlardan xəsarət gördüyünü bildirib. Onun sözlərinə görə, 1 çobanın qoyun sürüsü ilə birgə seldə boğulub.

Bununla yanaşı Qəzvin əyalətinin Avuc şəhərinin İcra Hakimiyyətinin başçısı Nüsrətullah Əlirzayi bölgənin “Voruq” kəndi ərazisində daşqının bir ailənin dörd üzvünün ölümünə səbəb olduğunu qeyd edib.

O, avtomobildə olan 47 və 20 yaşlı iki qadın, 10 yaşlı oğlan uşağının daşqınlar altında qalaraq öldüyünü, 6 aylıq körpənin itkin düşdüyünü söyləyib.

Bununla yanaşı Şəhidabad kəndində 60 yaşlı kişini sel aparıb və onun cəsədinin tapılması üçün axtarışlar davam edir.

N.Əlirzayi baş verən daşqın nəticəsində Qəzvinin bir sıra bölgələrində onlarla kəndin xəsarət gördüyünü, dağıntı və xəsarətlərin Avuc və Abgərm bölgələrinin 13 kəndində daha çox olduğunu deyib.

İcra Hakimiyyətinin başçısı bir sıra yerlərdə yolların daşqın və palçıq altında qaldığını, qaz borularının və elektrik xətlərinin sıradan çıxdığını söyləyib.

Zəngan əyalətinin valiliyinin Böhran İdarəetmə bölməsinin başçısı Səfiullah Kəraməti isə mətbuata verdiyi açıqlamada.

Avqustun 2-i baş verən daşqınların Zənganın bir sıra kəndlərində fəsadlar törətdiyini, xəsarətlərin Vannaq, Artabulq, Mahmudabad və Vəliyaran kəndlərində daha çox olduğunu bildirib.

 C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16