SON XƏBƏRLƏR

Davud Xudakərəminin ailəsi ondan xəbər tuta bilmir

2021.10.20, 07:36
Davud Xudakərəminin ailəsi ondan xəbər tuta bilmir

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Davud Xudakərəmi barədə heç bir məlumat əldə edilmir. Onun ailəsinin nigaranlığı getdikcə artır.

 

Zəncanlı yazıçı, jurnalist və insan haqları fəalı Xudakərəmi noyabrın 18-i (abanın 27-i) Zəncan şəhərinin avtovağzalında (terminal) tutuqlanıb.

 

O, tutulduğu gecə öz ailəsi ilə bir neçə saniyyəlik telefon əlaqəsi saxlayıb və Zəncanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlandığını deyib. Bundan başqa Xudakərəmi barədə hələlik heç bir məlumat yoxdur.

 

Xudakərəminin ailəsi hər gün Zəncanın İnqilab məhkəməsinə müraciət etsələrdə, onun vəziyyəti və ittihamı barədə heç bir xəbər əldə edə bilmirlər. hakim Dadyari isə bildirir ki, Xudayari barəsində müvəqqəti həbs qərarı çıxarılıb və istintaq işləri davam edənə qədər heç bir məlumat verə bilməz. Bütün bunlar Xudayarının ailəsinin nigaranlığını artırır.

 

Qeyd edək ki, adını çəkdiyimiz insan haqları fəalı bundan öncədə dəfələrlə oxşar təziqlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar