SON XƏBƏRLƏR

Davudoğlu: "Başda müttəqiflərimiz olmaqla bütün ölkələrdən dəstək gözləyirik"

2021.10.20, 07:36
Davudoğlu: "Başda müttəqiflərimiz olmaqla bütün ölkələrdən dəstək gözləyirik"

Gunaz.tv

GünAzTv: Xarici işlər naziri Əhməd Davudoğlu İsrail mətbuatında Türkiyənin Milli Təhlükəsizlik Siyasəti Sənədi haqda çıxan xəbərlərə münasibət bildirib.

Çindəki görüşlərini başa vurduqdan sonra mətbuat konfransı keçirən Davudoğlu "Qırmızı kitab"ın gizli və məhrəmiyyəti olan sənəd olduğunu deyib. Davudoğlu bu haqda İsrail mətbuatında çıxan xəbərlərin provakativ xakarterli, əsassız olduğunu və xoş niyyət daşımadığını bildirib. Nazir bu barədə davamlı mübahisə etməkdə fayda görmədiklərini vurğulayıb.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Bazar günü Taksimdə baş verən partlayışla bağlı da danışan Davudoğlu terrorun mənbəyini bilmək üçün təşəbbüslərinin davam edəcəyini söyləyib. Xarici işlər naziri "başda müttəqiflərimiz olmaqla bütün ölkələrdən dəstək gözləyirik" deyib.

Çin səfərini də dəyərləndirən Davudoğlu iki ölkə arasındakı strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İki ölkə olaraq beynəlxalq məsələlərdə birgə fəaliyyət haqda qərar qəbul etdiklərini deyən Davudoğlu Türkiyənin Çində üçüncü baş konsulluğunu açacağını qeyd edib.

Enerji və iqtisadiyyat sahələrində də əməkdaşlıq edəcəklərini bildirən nazir Sincan Uyğur Bölgəsi ilə bağlı Ankaranın həssaslığının davam etdiyini, Çinlə əlaqələri də eyni səviyyədə inkişaf etdirəcəklərini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar