SON XƏBƏRLƏR

DÇ-2018: Bütün 1/4 finalçılar müəyyənləşib

2021.10.20, 07:36
DÇ-2018: Bütün 1/4 finalçılar müəyyənləşib

Gunaz.tv

GünAz TV: Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub.

 

İyulun 6-sı Nijni Novqorodda Uruqvay və Fransa yığmaları, Kazanda isə Braziliya və Belçika yığmaları qarşılaşacaq. İyulun 7-si Samarada İsveç (Sued) və İngiltərə arasında, Soçidə isə Rusiya və Xorvatiya arasında oyun keçiriləcək.

 

İyulun 10-da yarımfinal mərhələsində Uruqvay-Fransa cütlüyünün qalibi Sankt-Peterburqda Braziliya-Belçika cütlüyünün qalibi ilə üz-üzə gələcək. İyulun 11-i Moskvada Rusiya-Xorvatiya cütlüyünün qalibi İsveç-İngiltərə cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

Dünya Çempionatının finalı Moskvada iyulun 15-i "Lujniki" stadionunda baş tutacaq, 3-cü yer uğrunda oyun isə iyulun 14-ü Sankt-Peterburqda keçiriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar