SON XƏBƏRLƏR

Deputat İranda ingilis dilinin təhsil proqramından çıxarılması təklifini tənqid edib

2021.10.20, 07:36
Deputat İranda ingilis dilinin təhsil proqramından çıxarılması təklifini tənqid edib

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Fatimə Zülqədir ölkə məktəblərində ingilis dilinin tədrisinin təhsil proqramından çıxarılmasıyla bağlı gedən müzakirələri tənqid edib.

 

O, ingilis dilinin beynəlxalq dil olduğunu və buna görə də, onun təhsil proqramından çıxarılmasının mümkün olmadığını deyib.

 

Deputat qeyd edib ki, istəsək də, istəməsək də, beynəlxalq arenalarda ümumişlək dil ingiliscədir və artıq bu dili bilmək modern dünyanın tələblərindəndir.

 

“Pulsuz təhsil sistemi üzrə mövcud olan qanun və əsasnamələrə əsasən, hər bir uşaq xaridi dil tədrisindən faydalana bilər. İngilis dilinin təhsil proqramından çıxarılması qanunlara ziddir”,- deyə Fatimə Zülqədir əlavə edib.

 

Deputat sonda qeyd edib ki, dövlətin təhsil ocaqlarında ingilis dili tədrisi dayandırılsa, uşaqlar bu dili öyrənmək üçün kurslara müraciət etməlidirlər. Bu isə ailələrin büdcəsinə əlavə yük qoyduğundan, valideynlər övladlarını xarici dilə yiyələnmək üçün kurslara göndərə bilməyəcəklər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar