SON XƏBƏRLƏR

Dərin ədavət_Türkiyədəki həbslər hakimiyyətlə müxalifət arasındakı münasibətləri gərginləşdirib

2021.10.20, 07:36
Dərin ədavət_Türkiyədəki həbslər hakimiyyətlə müxalifət arasındakı münasibətləri gərginləşdirib

Gunaz.tv
Dərin ədavət Türkiyədəki həbslər hakimiyyətlə müxalifət arasındakı münasibətləri gərginləşdirib dunya.jpg Türkiyədə "Ergenekon" əməliyyatı çərçivəsində həyata keçirilən həbslər dünya mediasının ilk xəbərləri sırasındadır. Dünyanın nüfuzlu telekanalları və qəzetləri bu mövzuya olduqca həssas yanaşır. Məsələn, CNN telekanalı baş verənləri "Türkiyədə siyasi yüksəldi" ifadəsi ilə tamaşaçılarına çatdırıb: "Baş verənlər islami kökənli AKP ilə onun dünyəvi müxalifləri arasındakı böyük və ciddi gərginliyi gözlər önünə sərdi". "The Guardian" qəzeti xəbəri "Türk məhkəməsi hakim partiyanın qapatma davasını müzakirə edərkən yeni həbslər" başlığı ilə verib. Qəzetin fikrincə, həbslər qapatma davasını diqqətdən yayındırıb: "Bu, Türkiyənin səndələyən siyasi sistemini süquta daha da yaxınlaşdırdı. Türkiyənin hüquqi sistemi getdikcə AKP və dünyəvilik tərəfdarları arasındakı mücadilənin savaş meydanına dönür". "The İndependent" Orxan Pamuku nəzərdə tutaraq "Nobel mükafatı laureatı olan yazıçını öldürmə planı hazırlayan iki general göz altında" cümləsini önə çıxarıb. "Financial Times" baş verənlərə "Çevriliş araşdırmasının gətirdiyi həbslər Türkiyənin sabitliyinə təhlükə yaradır" kimi reaksiya verib. "Daily Telegraph" AKP-nin qapadılmasının Türkiyənin Avropa Birliyinə gedən yolunu bağlayacağını bəyan edib. "Deutche Welle" nəşrinə açıqlama verən AB Komissiyasının vitse-prezidenti Günter Verheugen də eyni fikirləri bölüşüb: "Türkiyədəki qeyri-sabitlik Avropa üçün də mənfi nəticələr doğura bilər". "Spiegel" dərgisi "Hakim partiya ilə dünyəvilər arasındakı dava böyüyür" başlığı ilə verdiyi yazıda son həbsləri AKP-nin qapatma prosesinə əks-hücumu kimi dəyərləndirib: "Bu gün Türkiyədə hüzün hakim. Avqustda daha betər günlərin gəlməsi gözlənilir". Türkiyə hüquq-mühafizə orqanları isə ötən gün axşam da "Ergenekon" əməliyyatı çərçivəsində həbsləri davam etdirib. Həbs olunan iki generalların ardınca, istefada olan digər general Levent Ersöz və admiral İlkər Özgüvən də saxlanılıb. AKP-dən olan keçmiş millət vəkili Turan Çöməz barəsində isə axtarış elan edilib. Bir müddət öncə AKP-dən xaric edilən keçmiş deputat Turan Çöməzin ingilis dilini daha mükəmməl öyrənmək üçün Böyük Britaniyaya getdiyi bildirilir. Onun yay aylarını İngiltərədə keçirməyi planlaşdırdığı xəbər verilir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə baş verənlərə mnasibət açıqlayıb. İstefada olan generalların evlərində və ofislərində aparılmış axtarışlarla bağlı verilən açıqlamada deyilir: "Həbs və axtarışların bir qismi hərbi məhəllələrdə aparılıb. Bəzi mətbuat orqanlarında bunların Baş Qərargahın icazəsi ilə edildiyi barədə xəbərlər yer alıb. Bildiririk ki, axtarışlar 5271 saylı Cəza Mühakiməsi Qanununun 119-cu maddəsinin 5-ci bəndinə uyğun aparılıb. Həmin bənddə deyilir ki, hərbi məhəllələrdə axtarışlar prokurorun istəyi və iştirakı ilə hərbi orqanlar tərəfindən aparılır". Silahlı Qüvvələrinin rəhbərliyi "Ergenekon qalmaqalı" ilə əlaqədar bir sıra sabiq general və admiralların həbsinin ordu komandanlığı ilə razılaşdırılması barədə məlumatları təkzib edib. Türkiyə quru qüvvələri komandanı İlkər Başbuğ da həbslərin onunla razılaşdırılması barədə xəbərlərin yalan olduğunu bildirib: "Açıq şəkildə bəyan edirəm: Bununla bağlı fikirlər və düşüncələr kökündən səhvdir. Baş nazir Ərdoğanla bir neçə gün əvvəl keçirilən görüşümüzdə bu məsələ heç bir formada gündəmə gəlməyib. Bu ağır günlərdə hamımız sayğılı və soyuqqanlı davranmaq zorundayıq". Xatırladaq ki, həbslərdən iki gün əvvəl İlkər Başbuğla baş nazir Ərdoğanın görüşü olub. Türkiyə mediası bu səbəbdən də baş nazir Ərdoğanın istefada olan generallar - Hurşit Tolon, Şener Eruyğur, İlker Güven və başqalarının həbsinin general İlkər Başbuğla razılaşdırıldığını iddia edib. O, "Bu həbslərə Silahlı Qüvvələrin razılığı həmin görüşdəmi verilib" sualını qəzəblə qarşılayaraq, bu cür dezinformasiyaları türk ordusunun nüfuzuna zərbə vurmaq istəyənlərin təxəyyülünün məhsulu adlandırıb: "Bütün bunlar gerçəklikdən çox-çox uzaqdır". İlker Başbuğ avqustun 31-dən etibarən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edəcək. O, bu postda təqaüdə çıxan general Yaşar Böyükanıtı əvəzləyəcək. Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal də ölkəni şoka salan son həbslərə münasibət bildirib. O bildirib ki, adətən, bu cür hadisələr çevriliş dönəmlərində baş verir: "Kütləvi həbslər, cəmiyyətin ən hörmətli insanlarının içəri atılması hüquqi dövlətdə mümkün olan şeylər deyil. Bir ildir bu proses ittiham aktı olmadan davam etdirilir. AKP-yə yaxın media da bu işin içindədir. Böyük bir kampaniya aparılır. Mən daha əvvəl də demişdim: AKP öz dərin dövlətini qurur". Bunlar milyonlarca insanın ölümünə səbəb olan Hitlerin 30 iyun gecəsi başlatdığı və ya Stalinin "böyük təmizləmə" adı altında həyata keçirdiyi həbsləri xatırladır: "Cəmiyyətin nüfuzlu şəxslərini bir günün içində, qəfildən həbs etmək olmaz. Həbs edilənlər dünyəvi dövlət tərəfdarları, atatürkçülərdir. Faşist Almaniyasında Hitlerin hakimiyyətə gəlməsindən sonra 1934-cü il iyunun 30-dan iyulun 1-nə keçən gecə hücumlar təşkil olundu. Ertəsi gün həbslər başladı. Sosialistlər, rahiblər, qaraçılar, şəxsi düşmənlər həbs olundu. Sonra bu proses reyim dəyişikliyinə qədər getdi. SSRİ-də də bənzər dəyişikliklər oldu, İranda da molla reyimi qurularkən oxşar hadisələr baş verdi. Bu gün isə Türkiyədə atatürkçülər, dünyəvi respublikanı müdafiə edənlər hədəfdədir". Əksəriyyət bu qənaətdədir ki, baş verənlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin bağlanması ilə bağlı qaldırılan iddia ilə bağlıdır. Partiyanın dayandırılması tələbi ilə ittiham aktı hazırlayan baş prokuror Əbdürrəhman Yalçınkaya ötən gün Konstitusiya Məhkəməsində çıxış edib. İddiasını şifahi şəkildə əsaslandıran Ə.Yalçınkaya saat yarım davam edən çıxışında AKP-nin ünvanına bir sıra sərt ittihamlar səsləndirərək, hakim partiyanın bağlanması tələbini bir daha təkrarlayıb. O, AKP-nin şəriət reyimi qurmaq istədiyini, bu təhlükənin açıq-aşkar göründüyünü və yaxınlaşdığını bildirib. Baş prokuror AKP-nin yaxın əlaqədə olduğu "nurçular"ın lideri Fətullah Gülənə məhkəmə tərəfindən bəraət verilməsinin bu şəxsin dini təriqət lideri olması gerçəkliyini dəyişdirmədiyini söyləyib. Ə.Yalçınkaya Konstitusiya Məhkəməsinin ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verən Konstitusiya dəyişikliklərini ləğv etməsi ilə AKP-nin qapadılması üçün daha bir əsas yarandığını vurğulayıb. O, AKP lideri və baş nazir Rəcəb Tayyib Ərdoğanın BMT tərəfindən adı "terror təşkilatlarına dəstək verməsindən şübhə duyulan şəxslər" siyahısına salınmış Səudiyyə Ərəbistanından olan işi adamı Yasin Əl-Kadı ilə yaxınlığını da sübut kimi göstərib. Baş prokuror AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fıratın "Atatürkün inqilabi dəyişiklikləri cəmiyyətdə travma yaradıb" sözlərini də xatırladıb, amma bunu əlavə sübut kimi ittiham aktına daxil etməyib. Çıxış bitdikdən sonra Konstitusiya Məhkəməsi üzvlərindən heç kim Ə.Yalçınkayaya hər hansı sual ünvanlamayıb. Sonda onu da bildirək ki, bu gün baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək və AKP parlament qrupunun həmsədri Bəkir Bozdağ Konstitusiya Məhkəməsində müdafiə çıxışı edəcəklər. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar