SON XƏBƏRLƏR

Diasporumuz İranın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Diasporumuz İranın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib

Gunaz.tv

GünAz TV: İsveç Azərbaycan Federasiyası fevralın 6-da (bəhmənin 17-i) İran İslam Respublikasının (Сümhuriyyətinin) Stokholmdakı səfirliyinin binası önündə Tehranın antiazərbaycan siyasətinə qarşı etiraz aksiyası təşkil edib.

aksiyada Azərbaycan icmaları ilə yanaşı, türk diasporunun nümayəndələri, azərbaycanlı və türk tələbələr iştirak ediblər. Aksiya bir saat nəzərdə tutulsa da, iştirakçıların xahişi ilə tədbirin vaxtı daha 30 dəqiqə uzadılıb. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İran tərəfindən işğalçı Ermənistana qarşı yardımlar göstərilməsinə etirazlarını bildiriblər. Bu barədə Federasiyadan APA-ya məlumat verilib.

Çıxış edənlər qeyd ediblər ki, İran Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanla bütün sahələrdə sıx əlaqələr qurur, ona hər cür dəstək verir. Bildirilib ki, İran Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edərək, müstəqil dövlətin daxili işlərinə müdaxilə etmək təşəbbüsü göstərir. Qeyd olunub ki, özünü müsəlman dünyasını təəssübkeşi kimi təqdim edən İranın öz torpaqlarını tərk etməyə məcbur edilmiş bir milyondan çox azərbaycanlının taleyinə biganə qalması, işğal olunmuş Azərbaycan ərazilərində məscidlərin dağıdılmasına reaksiya verməməsi təəccüblü və anlaşılmazdır.

Aksiya iştirakçıları İranda yaşayan azərbaycanlılar ana dilində təhsil almaq, milli mədəniyyətləri, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilməsinə də kəskin etirazlarını bildiriblər.

Tədbirin sonunda aksiya iştirakçiları adından hazırlanmış bəyanat səfirliyin nümayəndəsinə təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar