SON XƏBƏRLƏR

Dini liderin qardaşı Hadi Xamneyi ölkə vəziyyətindən narazıdır

2021.10.20, 07:36
Dini liderin qardaşı Hadi Xamneyi ölkə vəziyyətindən narazıdır

Gunaz.tv

GünAz TV: İranın ali dini lideri, Seyid Əli Xamneyinin islahat tərəfdarı olan qardaşı, keçmiş deputat (millət vəkili), Mübariz Ruhanilər Qurumunun üzvü Hadi Xamneyi ölkədəki vəziyyətdən ciddi narahat olduğunu bildirib.

 

H.Xamneyi deyib ki, ölkədə hərc-mərclik baş alıb gedir: “Bugünkü vəziyyət məni ciddi narahat edir. Hazırda kimin nə etdiyi bəlli deyil”. O, son aylar İranda ciddi müzakirə mövzularından birinə çevrilərək prezidentlik institutunun ləğv edilərək baş nazir postu ilə əvəzlənməsi məsələsinə də toxunub: “Ölkə Konstitusiyasına (anayasa) nəzərdə tutulan bu dəyişiklik ali dini liderin səlahiyyətlərinin məhdudlaşdırılmasına deyil, daha da artmasına gətirib çıxaracaq. Ona görə də mən bunun əleyhinəyəm. Konstitusiyaya hansısa bir dəyişiklik xalqın istəyilə həyata keçirilmirsə, onun heç bir mənası yoxdur”.

 

H.Xamneyi bildirib ki, inqilabın ilk illərində ölkəni baş nazir idarə edirdi və prezidentin nazirlərə əmr vermək səlahiyyəti yox idi: “Həmin vaxt İranın prezidenti olan Seyid Əli Xamneyi ölkənin daxili işlər naziri Əliəkbər Möhtəşəmipura məktub yazır və ona bir sıra tapşırıqlar verib. Ancaq nazir prezidentə cavabında baş nazirə tabe olduğunu və tapşırıqları yerinə yetirmək üçün ondan icazə alınmasını xahiş edib”.

 

Qeyd edək ki, məhz islahat yönümlü baxışlarına görə H.Xamneyiyə məxsus iki qəzet - “Cahane İslam” və “Hayate no” hökumət tərəfindən qapadılıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar