SON XƏBƏRLƏR

Dini ziyarətgahların bağlanması Qumda bir qrup rejim tərəfdarı ilə polislər arasında qarşıdurmaya səbəb olub

2021.10.20, 07:36
Dini ziyarətgahların bağlanması Qumda bir qrup rejim tərəfdarı ilə polislər arasında qarşıdurmaya səbəb olub

Gunaz.tv

GünAz TV: İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı dini ziyarət məkanlarının müvəqqəti olaraq bağlanmasına dair qərar qəbul edib.

 

Qərara əsasən, Məşhəddən "imam Rza hərəmi", Qumda "Məsumə hərəmi" və Cəmkəran məscidi, eləcə də Tehranın cənubunda yerləşən Rey şəhərindəki Ədbüləzim Həsəni ziyarətgahının qapıları koronavirusun yayılmasının qarşısını almaq üçün zəvvarların üzünə bağlanıb.

 

İranın yerli media orqanlarında çıxan məlumatlara görə, qərar Daxili İşlər naziri tərəfindən bütün əyalətlərin valilərinə və müfaviq dini qurumlarına göndərilib.

 

Lakin ziyarətgahların bağlanmasından narazı qalan bir qrup İran rejiminə bağlı axundun tərəfdarları Qumda "Məsumə hərəmi"nin qarşısında iğtişaş törədib. Etirazçılar "hərəm"in qapısını sındırdıqdan sonra polislə onlar arasında qarşıdurma yaşanıb. Hələlik saxlanılan və mümkün yaralananlarla bağlı məlumat verilmir.

 

Məlumatlara əsasən, Qum sakinləri ziyarətgahların müvəqqəti olaraq bağlanmasını alqışlayıblar və bunun epidemiyanın sürətlə yayılmasının qarşısını almaqda effektiv rol oynayacağı qənaətindədirlər.

 

Xatırladaq ki, İranda koronavirus Qum şəhərindən yayılmağa başlanmışdı. Xalq, bəzi rəsmilər, eləcə də bir qrup deputatın epidemiyanın ölkəni cənginə almasının qarşısını almaq üçün şəhərin karantinə alınmasını tələb etməsinə baxmayaraq, rejim bu cür addım atmaqdan boyun qaçırmışdı. Nəticədə, qısa müddət ərzində koronavirus İranın digər bölgələrinə də ayaq açdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar