SON XƏBƏRLƏR

Divarlara qrafit texnikası ilə Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Ərdəbildə

2021.10.20, 07:36
Divarlara qrafit texnikası ilə Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ay yarımdan çoxdur Təbrizdə tutulan Abbas Lisaninin qeyri-müəyyən vəziyyətdə saxlanmasına qarşı etirazlar davam edir.

 

Son məlumata görə, Ərdəbildə divarlara tanınmış fəalın azadlığa buraxılmasını tələb edən bir çox şüar yazılıb.

 

Fəalın qarafit texnikası ilə çəkilən fərqli ölçülərdə şəkillərinin altında “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Savalan tək arxandayıq” və s. kimi sözlərə rast gəlinir.

 

Son vaxtlar Abbas Lisaninin yumruğunu göyə qaldırdığı şəkilsoydaşlarımız arasında fars şovinizminə qarşı müqavimət simvoluna çevrilib.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbilin Ettelaat İdarəsinə aparılıb, o hazırda Ərdəbilin Mərkəzi Zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Fəal saxlandığı gündən Tehran da daxil olmaqla Güney Azərbaycanın bütün şəhərlərində onun azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb, posterlər paylanılıb və plakatlar nümayiş etdirilib. İnternetdə isə “Mən də Abbas Lisaniyəm” kampaniyası keçirilir, soydaşlarımız qısa videolar yayaraq fəalın qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirlər. Təbrizin “Traxtur” komandasının tərəfdarları isə komandanın görüşlərində “Abbas Lisani azad olunsun” kimi şüarlar səsləndirərək onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar